Xəbər lenti
Stalin Çörçilə gürcü konyakını necə içirtdi? - ÖMÜRLÜK HƏDİYYƏ
İosif Stalinlə Uinston Çörçilin bir-birini bəyənməməsi onların heç də qatı düşmən olduğu anlamına gəlmir.
Rusiya KİV-i xəbər verir ki, SSRİ və İngiltərə liderləri arasında süfrə arxasında baş tutan dialoq bunu bir daha təsdiq edir.
İki ölkə rəhbəri 1943-cü ildə Tehran konfransından sonra SSRİ-nin İrandakı səfirliyində şam edirlər. Stalin Çörçilə içki təklif edərkən hansı brendi istədiyini soruşur. Qonaq dərhal reaksiya verir: “Əlbəttə ki, əsl “Hennessy”.
Stalin “Hennessy”nin dadına baxmağın mümkün olduğunu desə də, israrla gürcü brendi olan “Eniseli” konyakını məsləhət bilir.
Özünü səmimi göstərməyə çalışan Çörçil təəccüblü halda:
“'Bu içkinin adı daha çox Fransa istehsalına bənzəyir, Gürcüstanda necə belə bir brend ola bilər?”
Stalin isə təkidlə qonağa gürcü konyakını dadmağı xahiş edir: “Düşünürəm ki, peşman olmayacaqsınız”.
Hiss olunurdu ki, Çörçil konyakı həvəssiz qəbul edir. Qədəhi yerə qoyub, heyrətlə deyir: “Heç vaxt belə bir şey içməmişəm!!!”
Stalin: “Xoşunuza gəldimi? Söz verirəm ki, həyatınızın son gününə qədər “Eniseli” içə biləcəksiniz”.
Sonralar məlum olur ki, Stalin sözünün üstündə durmuşdu...
Çörçil uzun müddət yaşadı - 1965-ci ildə 91 yaşında vəfat etdi. Böyük ehtimal ki, o, hər gün “Eniseli”dən bir stəkan içirdi... Çünki Stalinin tapşırığı ilə SSRİ-dən İngiltərəyə davamlı olaraq Çörçül üçün “hədiyyə” göndərilirdi.lent.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar