Sizin Reklam Burada
Xəbər lenti
28-03-2024
27-03-2024
BÜTÜN XƏBƏRLƏR

Qarabağın qaytarılma ssenarisi: Proses necə idi və kim pozdu?

Tarix: 27-04-2020 19:38     Baxış: 4253 A- / A+
Qarabağın qaytarılma ssenarisi: Proses necə idi və kim pozdu?

Robert Köçəryan hakimiyyətinin sonları, Serj Sərkisyanın prezidentliyinin ilk günlərində bir neçə mötəbər mənbə İrəvan və Bakı arasında Moskva və Astananın (Nur-Sultan) vasitəçiliyi ilə Qarabağ danışıqlarında güzəştlərə nail olunduğunu açıqlamışdı.

Manevr.az-ın xəbərinə görə, axar.az-a açıqlamasında bu məlumatları xatırladan rusiyalı politiloq Vitali Arkov deyib ki, alınan məlumatların “akkumulyasiyası” nəticəsində aşağıdakı faktlar əldə edildi: İrəvan işğal olunmuş Azərbaycan rayonlarını Bakının nəzarətinə qaytarırdı (“Laçin dəhlizi”ni saxlamaq şərti ilə).

“Buna cavab olaraq, Azərbaycan və Türkiyə Ermənistanın iqtisadi blokadasının bir hissəsini qaldırmalı idi - müdafiə sənayesi məhsullarının daşınması və ikili istifadəyə qadağa qalmaq şərti ilə. İstisna (lazım olduqda) 102-ci Rusiya hərbi bazasına və Ermənistandakı digər Rusiya obyektləri üçün hərbi yükün daşınmasına aid idi. Birbaşa Dağlıq Qarabağa gəlincə isə Ermənistan bütün hərbi heyətini bu ərazilərdən çıxarmalı və əhalini tərksilah etməli idi. Rusiya, Belarus, Qazaxıstan və Qırğızıstandan, yəni KTMT-dən olan sülhməramlılar bölgədə təhlükəsizliyin təmin edilməsi ilə məşğul olacaqdı”, - deyə Arkov bildirib.

Rusiyalı politoloq əlavə edib ki, kompromis sənədlərinə əsasən, Azərbaycanın məcburi köçkünlərinə və onların övladlarına bölgəyə qayıtmaq hüququ verilirdi. Sənədlərdə daşınmaz əmlakın geri qaytarılması və ya bunun üçün kompensasiya məsələsində dəqiq bir anlayış yox idi:

“Danışıqlarda İrəvan hazırda Qarabağda əvvəllər azərbaycanlılara məxsus olan evlər və mənzillərdə yaşayan ermənilərin qovulmasına qarşı çıxdı. Variant kimi sənədlərdə bölgənin infrastrukturunu bərpa etmək proqramı çərçivəsində yeni yaşayış evlərinin inşası təklif edildi. Çünkü bu illər ərzində İrəvanın nəzarəti dövründə Qarabağın infrastrukturu çökmüşdür. Digər tərəfdən bölgədə yaşamaq istəməyən erməni millətindən olan sakinlər Qarabağı tərk edə bilərdi. Eyni zamanda, Ermənistan hökuməti onlara maddi dəstək vermək məcburiyyətində qalırdı. Krediti isə İrəvana Moskva təmin edəcəkdi”.

Arkov qeyd edib ki, o zaman digər vacib detallar da müzakirə olunmuşdu:

“Bölgə qondarma bir respublika olaraq bir müddət davam edəcək, amma əslində bütün hüquqların tədricən Azərbaycana qayıdışına başlanacaqdı. Ermənistan isə Rusiyanın maraqları üçün vacib olan bu məsələləri əngəlləməməyə boyun olurdu. Lakin Nikol Paşinyan ABŞ-ın Ermənistan hakimiyyət orqanlarındakı adamlarının dəstəyi ilə bu planla bağlı danışıqları müvəqqəti dayandırdı. Sonradan İrəvan bu sənədlərlə danışıqlarda iştirak etməkdən ümumiyyətlə imtina etdiyini bildirdi. İrəvan qeyd etdi ki, Ermənistanda rəhbərlik və ölkənin prioritetləri dəyişib. Burada İrəvanın bu göstərişi məhz Vaşinqtondan aldığını söyləmək daha doğru olar. Azərbaycanın və xüsusən də Rusiyanın bölgədə güclənməsində maraqlı olmayan quvvələr var, buna görə də onlara bu regionda gərginliyin qorunması vacibdir”.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Mart 2024    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar