Sizin Reklam Burada
Xəbər lenti
24-04-2024
23-04-2024
BÜTÜN XƏBƏRLƏR

Rusiya Qarabağdan istifadə edib Paşinyana qarşı bunt qaldırmağa çalışır? -ŞƏKİLLƏR

Tarix: 26-04-2020 04:45     Baxış: 3216 A- / A+
Rusiya Qarabağdan istifadə edib Paşinyana qarşı bunt qaldırmağa çalışır?

Rusiya xarici işlər naziri Sergey Lavrovun bu günlərdə Qarabağa dair verdiyi bəyanat Ermənistanda baş nazir Nikol Paşinyana qarşı yeni hücumlar başladıb. İndi Paşinyanın opponentləri yenidən Qarabağ kartından istifadə etməklə onu sıxışdırmağa çalışırlar və yalançılıqda, riyakarlıqda və “xalqdan gizli olaraq” torpaqları Azərbaycana qaytarmaq planlarını müzakirə etməkdə günahlandırırlar.

Xatırladaq ki, Lavrov Qarabağa dair mərhələli həll planının müzakirə olunduğunu deyib. Həmin plana əsasən Dağlıq Qarabağ ətrafındakı rayonlar boşaldılmalı, kommunikasiyalar açılmalıdır.

Əslində Lavrovun bəyanatında heç bir sensasiya və yenilik yox idi. Çünki danışıqların bütün mərhələlərində ətraf rayonların azad edilməsi prinsipinin yer aldığı həll variantları müzakirə olunub, sadəcə Dağlıq Qarabağın yekun statusunun daha sonra, referendumla müəyyən edilməsi prinsipinə görə belə həll variantları “mərhələli” adlanır. Lakin Ermənistan xarici işlər naziri Zöhrab Mnatsakanyan dərhal panikaya düşərək heç bir mərhələli həll variantı müzakirə etmədiklərini deyib.
Rusiya Qarabağdan istifadə edib Paşinyana qarşı bunt qaldırmağa çalışır?

Erməni siyasi şərhçi Armen Baqdasaryan “A1+” kanalına müsahibəsində mərhələli, yaxud paket həll variantı barədə danışarkən iki ayrı sənədin olduğunu düşünmək yanlışdır. Çünki əslində paket variant da münaqişənin mərhələli həllini nəzərdə tutur. “Axı biz başa düşürük ki, bir günün içində nə qaçqınlar qayıda bilər, nə kommunikasiyalar açılar. Sadəcə olaarq bütün bu məsələlər paket halında razılaşdırılmalıdır, həyata keçirilməsi isə mərhələli şəkildə baş verməlidir”,-o bildirir.

Baqdasaryan deyib ki, bütün keçmiş haimiyyətlər də danışıqları bu prinsiplə aparıblar. Ona görə də indi Ermənistan hakimiyyətini mərhələli həll planı üzrə danışıqlar aparmağa görə qınamağın Qarabağ münaqişəsinə heç bir aidiyyatı yoxdur. Bu, Ermənistandakı daxili siyasi situasiya ilə bağlıdır.
Rusiya Qarabağdan istifadə edib Paşinyana qarşı bunt qaldırmağa çalışır?

“Ermənistanda situasiya kifayət qədər gərgindir, koronavirus epidemiyası ilə bağlı və ondan irəli gələn sosial-iqtisadi problemlər də bir tərəfdən. Müxalifət isə baş qaldırıb və mənim fikrimcə Rusiya da onu dəstəkləyir. Problem təkcə Lavrovun bəyanatında deyil. Problem odur ki, məsələn, birdən Rusiya hakimiyyəti deyir ki, əgər pul ödənməsə Ermənistanın qazı və elektriki kəsiləcək. Bu, açıq-aşkar bir zəncirin həlqələridir. Ermənistanda həm Qarabağ məsələsindən, həm sosial narazılıqdan istifadə edib etiraz dalğası başlatmaq istəyirlər”,-Baqdasaryan deyib.

Ekspert yaxın vaxtlarda Ermənistan Milli Təhlükəsizlik Xidmətinin keçmiş rəhbəri, Paşinyanla münaqişədən sonra istefa verən Artur Vanetsyanın da fəallaşacağını deyib. “Əminəm ki, yaxın vaxtlarda bu zərbələrə daha biri əlavə olunacaq. Vanetsyan fəallaşır və o nəsə açıqlayacaq. Deməli hakimiyyətə qarşı eyni vaxtda bir neçə istiqamətdən güclü zərbələr gələcək, bu zərbələrin uğur şansı böyükdür. Ermənistan hakimiyyətinə qarşı total hücum var, o cümlədən xarici oyunçular tərəfindən”,-Baqdasaryan əlavə edib. virtualaz.org

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar