Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

“Paşinyan əraziləri boşaltmağı qəbul edib, amma açıqlamağa qorxur”

Tarix: 25-04-2020 04:38     Baxış: 3246 A- / A+
“Paşinyan əraziləri boşaltmağı qəbul edib, amma açıqlamağa qorxur”

"Rusiya XİN-in Ermənistanın xarici işlər nazirinin Qarabağ münaqişəsinin nizamlanması ilə bağlı güzəştsiz açıqlamasına verdiyi cavab danışıqların dondurulmamasını ehtiva etməklə yanaşı, iki ölkə nazirlikləri arasında ciddi problemin yaşanmasına gətirib çıxarıb".

Bunu politoloq Məhəmməd Əsədullazadə deyib. O qeyd edib ki, Ermənistan hakimiyyəti Rusiyanın bu mövqeyini qəbuledilməz olduğunu vurğulamaqla demək olar ki, Rusiyanın Xarici İşlər Nazirliyinə müharibə elan edib.

"İki nazirlik arasında söz davasının artıq siyasi böhrana çevrilməsində Ermənistan tərəfi maraqlı görünür. Ermənistan XİN rəhbəri Z.Mnatsakanyan açıq konteksdə heç bir güzəştə getməyəcəklərini qeyd etməklə yanaşı rəhbəri olduğu nazirlikdə heç bir mərhələli həll variantlarını müzakirə etmədiklərini rəsmi şəkildə vurğulayıb. Ermənistanın bu rəsmi mövqeyi Moskvanın "Kazan" formulunu və ötən il Moskvada Azərbaycan və Ermənistan xarici işlər nazirləri arasında əldə olunmuş razılığın əleyhinə olmaqla Kremlin vasitəçiliyinə demarşdır. Ermənistan tərəfinin məlum açıqlamasından sonra hansı əsaslarla danışıqların növbəti mərhələsi başlayacaq bu maraqlıdır. Rusiya XİN Ermənistana ciddi təzyiqlər edəcək və növbəti danışıqlar masasına əyləşməyə gətirəcək. Amma ərazilərin qaytarılması məsələsinə gəldikdə Moskvada Qarabağın ilkin statusu və sonrakı prosesdə ərazilərin qaytarılması məsələsini ortaya qoyulur"- deyə, politoloq vurğulayıb.

Ekspert qeyd edib ki, Ermənistanda Lavrovun bəyanatı çox ciddi rezonans doğurub: "Paşinyan masada olan həll variantlarını yaxşı bilir və qəbul edib. Amma ərazilərin boşaldılması məsələsini ört-basdır etməsi daxili faktordan qaynaqlanır. Bunun açıqlanması hazırkı məqamda görünür Paşinyan üçün daxildə problemlərə yol aça bilər və bundan ehtiyatlanır. Bundan əlavə, Rusiya da maraqlı deyil". yenisabah.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar