Xəbər lenti
“Pakıstan Azərbaycana dəstəyini davam edəcək”
Azərbaycan səfiri Əli Əlizadə Pakistan Senatının sədri Mian Rza Rəbbani ilə görüşüb. Səfirlikdən Modern.az saytına verilən məlumata görə, Ə.Əlizadə səfir iki ölkə arasında mövcud olan sıx əlaqələri vurğulayıb, dostluq və qardaşlıq münasibətlərinin yaranmasında parlamentlərin önəmli rolunun olduğunu qeyd edib.
Azərbaycan torpaqlarını işğal etdiyi üçün Ermənistanı dövlət kimi tanımadığına və Ermənistanın Azərbaycana qarşı təcavüzü üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupuna qoşulmasına görə də Pakistana təşəkkür edən səfir Azərbaycanın da Kəşmir üzrə İslam Əməkdaşlıq Təşkilatının Təmas qrupunun üzvü olduğunu, Azərbaycanın Kəşmir məsələsinin BMT-nin TŞ-nın qəbul edilmiş qətnamələri əsasında tezliklə həll olunmasının tərəfdarı olduğunu diqqətə çatdırıb.
Təcavüzkar Ermənistan tərəfindən xalqımıza qarşı həyata keçirilmiş Xocalı soyqırımının Azərbaycan və bütün bəşəriyyət üçün ağlasığmaz bir cinayət olduğunu bildirən səfir soyqırımın tanınması və bu soyqrımı törədənlərin məsuliyyətə cəlb edilməsi, Azərbaycanın ərazi bütövlüyünün dəstəklənməsi və Ermənistanın işğal olunmuş Azərbaycan torpaqlarından dərhal çıxmasını tələb edən qətnamələrin vaxtı ilə Pakistan Senatı tərəfindən qəbul edilməsinin Azərbaycan dövləti və xalqı tərəfindən yüksək qiymətləndirildiyini bildirib.
M.R.Rəbbani Dağlıq Qarabağ münaqişəsində Azərbaycana dəstəyin davam edəcəyini, 25-ci ildönümü tamam olacaq Xocalı soyqrımının unudulmadığını bildirib. Pakistan Senatında Pakistan-Azərbaycan dostluq qrupunun təsis olunduğunu bildirən Senat sədri parlamentlərarası əlaqələrin daha da artırılacağını diqqətə çatdırıb.
Görüşdə həmçinin dostluq qrupları arasında əlaqələrin daha da artırılması, parlamentlərarası qarşılıqlı yüksək səviyyəli səfərlərin həyata keçirilməsi ilə də bağlı fikir mübadiləsi aparılıb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar