Sizin Reklam Burada
Xəbər lenti
04-05-2024
03-05-2024
BÜTÜN XƏBƏRLƏR

İmamoğlu niyə “ermənicə” təbrik etdi? – İstanbuldan cavab

Tarix: 13-04-2020 17:18     Baxış: 4288 A- / A+
İmamoğlu niyə “ermənicə” təbrik etdi? – İstanbuldan cavab

Bu təbrik ilk dəfə deyil. Bunu biz də, cənab Prezident Rəcəb Tayyib Ərdoğan da dəfələrlə edib. Bunun niyə məhz indi problem kimi qarşılanmasını anlaya bilmirik. Biz hansı din və ya irqdən olursa olsun, Türkiyə vətəndaşlarının bütün müqəddəs bayramlarını təbrik edirik.

Manevr.az xəbər verir ki, bu sözləri axar.az-a eksklüziv açıqlamasında İstanbul Böyükşəhər Bələdiyyə başqanı Əkrəm İmamoğlunun müşaviri Murad Ongun İmamoğlunun dünən ermənilərə ünvanlanan Pasxa təbrikini şərh edərkən deyib.

O bildirib ki, bu mövzuda ayrı-seçkilik yolverilməzdir:

“Gözəl Azərbaycanın da bütün milli bayramlarını hər zaman təbrik edirik”.

Murad Ongün həmçinin qeyd edib ki, İmamoğlunun dünən yazdığı təbrik Ermənistan ermənilərinə deyil, İstanbulda yaşayan ermənilərə ünvanlanıb.

Pasxanın yalnız ermənilərə aid olmadığına gəlincə, müşavir bildirib ki, ermənilər Pasxa bayramını aprel ayının 12-si qeyd edir, buna görə cənab İmamoğlu dünənki təbrikində bütün xristianlara deyil, Türkiyədə yaşayan ermənilərə müraciət edib.

Xatırladaq ki, dünən İstanbul Böyükşəhər Bələdiyyəsinin sədri Əkrəm İmamoğlu Türkiyənin erməni millətindən olan vətəndaşlarını Pasxa bayramı münasibətilə təbrik edib. Ə.İmamoğlunun erməniləri bu cür təbriki, xüsusilə tvitinin sonunu erməni dilində yazması isə təkcə qardaş ölkədə deyil, Azərbaycanda da birmənalı qarşılanmayıb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar