Xəbər lenti
Mübariz Mənsimov Azərbaycan və Türkiyə Prezidentlərinə müraciət edib-VİDEO
Xəbər verdiyimiz kimi bu il mart ayının 15-də “Palmali” Şirkətlər Qrupunun prezidenti, Azərbaycanlı iş adamı Mübariz Mənsimov İstanbul Baş Prokurorluğunun qərarı ilə saxlanılıb. Daha sonra martın 17- də İstanbul məhkəməsi onun haqqında həbs qərarı çıxarıb.
Manevr.az xəbər verir ki, Mübariz Mənsumov həbsi ilə bağlı Azərbaycan və Türkiyə Prezidentlərinə müraciətlər göndərib.
İş adamının Prezident İlham Əliyevə ünvanladığı müraciətin mətnini təqdim edirik:
“Sayın Cumhubaşkanım İlham Əliyev. Bilirəm ki, bu günlərdə həddindən artıq məşğulsunuz. Zatən, milyonlarla işlər vaxtınızı alır. Siz eyni zamanda çox yaxşı bilirsiniz ki, mənə qarşı qurulan FETÖ uydurmasının mənə heç bir aidiyyatı yoxdur. Mən iş adamıyam, siyasətçi deyiləm. Hər zaman Azərbaycan və Türkiyə vətəndaşı olduğumdan qürur duydum. Mən hər zaman sizə güvənmişəm və son nəfəsimə qədər güvənəcəm. Sizdən ricam, barəmdə verilən həbs qərarının ev həbsi ilə əvəz edilməsi üçün Türkiyə Cümhuriyyətinin Prezidenti, hörmətli Rəcəb Tayyib Ərdoğan ilə müraciət etməyinizdir. Mən illər boyu çox qiymətli atanızdan yalnız yaxşılıqlar görmüşəm. Təhsilimdə onun çox böyük dəstəkləri olub. Mən heç vaxt yediyim qaba tüpürmədim və tüpürmərəm də. Hazırki vəziyyətdə olan durumumu və quramanı mənə qarşı quranlar bilirəm ki, Rövnəq Abdullayev, onun dayısı oğlu Anar Əliyev (Əlizadə), Türkiyənin bir iş adamı və Alaaddin Aykaç ilə birlikdə mənim 3 keçmiş əməkdaşımdır. Bunlar prokurorluğa gedərək haqqımda yalan və əsassız ifadələr veriblər. Hörmətli Prezidentim! Sizdən ricam bu duruma müdaxilə etməniz və məni bu durumdan çıxarmanızdır. Ən çox üzüldüyüm isə odur ki, günahsız atam, anam və dörd övladım göz yaşları içində məni gözləmələridir. 81 və 84 yaşlarında olan ana və atama narahat olmasınlar deyə mənim guya koronavirus üzündən xaricdə qaldığımı deyirlər. Lakin ana və atamın sağlıq durumları ilə bağlı mənim onların yanında olmağım vacibdir. Sizdən mənim mövcud həbs vəziyyətimin ev həbsi ilə əvəz edilməsinə yardımçı olmanızı xahiş edirəm”.
Qeyd edək ki, “Palmali” prezidenti Mübariz Mənsimov Türkiyənin Prezidenti Rəcəb Tayyib Ərdoğana da müraciət edərək onun barəsində icra olunan həbs qərarının ev həbsi ilə əvəz olunmasını xahiş edib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar