Xəbər lenti
Rusiya Türkiyəni təzyiq altda saxlayır – İddia
Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanla rusiyalı həmkarı Vladimir Putin arasında baş tutan görüş iki ölkə arasında münasibətlərə o qədər də təsir etməyib. ABŞ mətbuatı görüşdən sonra belə Moskvanın Ankaraya güclü təzyiq etdiyini bildirir.
Manevr.az Axar.az-a istinadən xəbər verir ki, Rusiyanın BMT-dəki daimi nümayəndəsi Vitali Çurkin BMT Təhlükəsizlik Şurasının ötən həftə baş tutan qapalı toplantısında Türkiyəni sərt tənqid edib. O, rəsmi Ankaranı növbəti dəfə Suriyaya silah və cihadçı axınına icazə verməkdə günahlandırıb.
Çurkin toplantıda Türkiyə ilə barəbər digər BMT TŞ üzvlərini də bu mövzuda sərt tənqid edib.
Jurnala danışan yükəsk səviyyəli bir diplomat toplantı boyunca Rusiyanın Türkiyəyə qarşı çox sərt mövqe ortaya qoyduğunu deyib.
Başqa bir iddiaya görə, Çurkin toplantıda Ankaranı kürd məsələsinə görə də tənqid edib. Kürdlərin Suriyada radikal qruplaşmalara qarşı döyüşdüyünü xatırladan rus diplomat BMT vasitəçiliyi ilə davam edən sülh danışıqlarına kürdlərin də qatılmasını istəyib.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Yazarlar
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Emil Rasimoğlu
KƏRAMƏT
Aydın Canıyev
Aydan Ay
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar