Xəbər lenti
Azərbaycan və Türkiyəyə qarşı təxribat: “Yeni oyun oynanılır”
“Bir neçə gündür azərbaycanlı iş adamı Mübariz Mənsimovun Türkiyədə həbs edilməsi ətrafında bəzi qüvvələrin oyun oynaması aydın müşahidə edilir”.
Manevr.az xəbər verir ki, bunu politoloq Yeganə Hacıyeva deyib.
Ekspert bir qrup insanın Türkiyənin Azərbaycandakı səfirliyi qarşısındakı piketinə də diqqət çəkib:
“İki gün əvvəl guya azad olunması haqqında paylaşılan video, dünən separatçı Ələkrəm Hümbətovun verdiyi dəstək bəyanatı və ən əsası bir dəstə adamın Türkiyə səfirliyi önündə keçirməyə cəhd etdiyi etiraz aksiyası buna nümunədir.
Mübariz Mənsimovun nə bir separatçının dəstəyinə, nə də vətəndaşı və biznes maraqları olduğu ölkənin səfirliyinin önündə baş verənlərə ehtiyacı yoxdur. Hesab edirəm ki, son günlərdə baş verənləri Azərbaycan-Türkiyə münasibətləri əleyhinə çevirmək istəyi təxribatdır. Həbs məsələsindən də bu çirkin məqsədləri üçün istifadə etməyə çalışırlar. Bu adamların niyyəti Mübariz Mənsimovun azad olunması deyil.teleqraf.com
Təcrübəsizlikdən və bilməyərəkdən bu prosesə qoşulanlara demək istəyirəm ki, fəaliyyətinizin məramı doğurdan da Mübariz Mənsimovun azad olunmasıdırsa, lütfən, bu oyunlara getməyin”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar