Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanda bu partiyalar büdcədən maliyyə yardımı almayacaq

Tarix: 05-03-2020 19:38     Baxış: 5299 A- / A+
Azərbaycanda bu partiyalar büdcədən maliyyə yardımı almayacaq


Milli Məclisə növbədənkənar seçkilərdə iştirak etmiş və parlamentdə deputat mandatı qazanmamış partiyaların heç biri dövlət büdcəsindən maliyyə yardımı almaq hüququ qazanmayıb.

Manevr.az-ın məlumatına görə, “Siyasi partiyalar haqqında” qanuna əsasən, dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizi seçkilərdə az səs toplamış siyasi partiyalar üçün nəzərdə tutulub.

İrəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazanan, lakin parlamentdə təmsil olunmayan siyasi partiyalar arasında qazanılan səslərin sayına proporsional olaraq bölünməlidir. Büdcə vəsaitinin 40 faizi parlamentdə təmsil olunan siyasi partiyalar arasında bərabər paylanmalıdır. Qalan maliyyə vəsaitinin 50 faizi isə Milli Məclisə seçilən deputatların sayına proporsional olaraq bölüşdürülməlidir.

Milli Məclisə növbədənkənar seçkilərə 19 siyasi partiya irəli sürdüyü namizədlər siyahısı ilə qatılıb. Həmin partiyalardan 8-i parlament təmsil olunmaq hüququ qazanıb. Yeni Azərbaycan Partiyasının (YAP) parlamentdə 70, Vətəndaş Həmrəyliyi Partiyasının (VHP) 3, Böyük Quruluş Partiyası (BQP), Bütöv Azərbaycan Xalq Cəbhəsi Partiyası (BAXCP), Ana Vətən Partiyası (AVP), Vəhdət Partiyası, Azərbaycan Demokratik Maarifçilik Partiyası (ADMP) və Azərbaycan Demokratik İslahatlar Partiyasının (ADİP) isə parlamentdə 1 deputatı var.

Müsavat Partiyası, Azərbaycan Liberal Demokrat Partiyası, Müasir Müsavat Partiyası, Ümid Partiyası, Milli Dirçəliş Hərəkatı Partiyası, Azərbaycan Milli İstiqlal Partiyası, Azərbaycan Demokrat Partiyası, Böyük Azərbaycan Partiyası, Vahid Azərbaycan Partiyası, Azərbaycan Sosial Rifah Partiyası, Vətəndaş və İnkişaf Partiyasının isə namizədlərinin heç bir deputat seçilməyib. Eyni zamanda bu partiyalardan heç birinin irəli sürdüyü namizədlər Milli Məclisə keçirilən son seçkilərdə etibarlı səslərin azı 3 faizini qazana bilməyib.

Xatırladaq ki, V çağırış Milli Məclisə seçkilərdə də parlamentdə təmsil olunmayan partiyalardan heç birinin irəli sürdüyü namizədlər etibarlı səslərin azı 3 faizini qazanmamışdı. Buna görə də son 4 ildə dövlət büdcəsindən ayrılan maliyyə vəsaitinin ümumi məbləğinin 10 faizi xərclənməmiş qalmışdı.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar