Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan: “Avropa ölkələri vəd edir ki, 1 milyard dollar verəcəklər, amma biz bu puldan imtina edirik”

Tarix: 03-03-2020 05:01     Baxış: 3205 A- / A+
Ərdoğan: “Avropa ölkələri vəd edir ki, 1 milyard dollar verəcəklər, amma biz bu puldan imtina edirik”

“Bolqarıstanın Baş naziri Boyko Borisovun miqrantlar məsələsinə həssas yanaşmasından və Türkiyə ilə həmrəyliyini ifadə etməsindən məmnunam”.

Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Çankayada Prezident Adminstrasiyasında Bolqarıstanın Baş naziri Boyko Borisovu qəbul etdikdən sonra, keçirilən mətbuat konfransında bu fikirləri bildirib.

Ərdoğan Türkiyə sərhəd qapılarından Avropaya keçmək istəyən miqrantların qarşısının alınması üçün hazırda Avropa tərəfdən 1 milyard dollar ödəmə vədi verildiyini, amma bundan imtina etdiklərini diqqətə çatdırıb: “Kimi aldadırlar? Biz artıq bu puldan imtina edirik. Qaçqınlar üçün 40 milyarddan çox xərcləyən Türkiyə bunun da çarəsini tapar. Amma Türkiyənin qüruru ilə oynamağa kimsənin ixtiyarı yoxdur”.

Avropanın öndə gedən ölkələri Türkiyənin sərhədlərində olan qaçqınlara görə bizi haqsız saymaqla hələ də ikili standart tətbiqinə davam edirlər. Türkiyənin təhlükəsizlik qayğılarını görmək belə istəmirlər.

Prezidenti bildirib ki, Avropa İttifaqı (Aİ) Şurasının Prezidenti Şarl Mişel də sabah Türkiyəyə gələcək və Yunanıstan sərhəd zonalarına səfər edəcək. Ərdoğan martın 2-də yunan hərbçilərinin iki miqrantı öldürdüyünü, birini isə ağır yaraladıqlarını bildirib.

Bolqarıstanın Baş naziri vurğulayıb ki, Türkiyə ilə ölkəsinin sərhədlərinə toplanan miqrantları qorumaq üçün bütün cəhdlərini əsirgəməyəcəklər. Boyko Borisov martın 6-da Türkiyə, Yunanıstan və Bolqarıstan tərəfinin iştirakı ilə Sofiyada zirvə görüşünün olması təklifini etdiyini deyib. O, Ərdoğanın yunanların miqrantları öldürdüyü üçün Yunanıstanla eyni masada oturmaqdan imtina etdiyini sözlərinə əlavə edib. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar