Xəbər lenti
XİN İranda olan Azərbaycan vətəndaşlarına müraciət etdi

Azərbaycan Respublikasının Xarici İşlər Nazirliyi (XİN) İranda olan vətəndaşlara müraciət edib.
Bu barədə XİN-in mətbuat xidməti məlumat yayıb:
“Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən verilmiş məlumata əsasən, cari ilin 29 fevral tarixində saat 16.00-dan etibarən iki həftəlik müvəqqəti dövr ərzində Azərbaycan Respublikası və İran İslam Respublikası arasında dövlət sərhədləri məhdudlaşdırıcı rejim əsasında bağlanıb.
Bu xüsusda, iki ölkənin aidiyyəti dövlət qurumları arasında müvafiq müzakirəkər aparılıb və əlaqələndirilmiş şəkildə Azərbaycan ərazisində olan İran vətəndaşlarının ölkədən çıxması, İran ərazisində olan Azərbaycan vətəndaşlarının müvafiq rejim tətbiq olunmaqla ölkəyə gəlməsini təşkil etmək üçün zəruri dəhliz təmin olunacaq.
İran İslam Respublikasında olan vətəndaşlarımızın Azərbaycana geri qayıtmasını təmin etmək üçün Azərbaycan Respublikasının Tehrandakı Səfirliyində və Təbrizdəki Baş Konsulluğunda qaynar xəttlər fəaliyyət göstərir. Azərbaycana qayıtmaq istəyən vətəndaşlarımızın bu qaynar xəttlər vasitəsilə diplomatik nümayəndəliklərimizlə əlaqə saxlamaları xahiş olunur.
Azərbaycan Respublikasının İran İslam Respublikasındakı Səfirliyi
ÜNVAN: Tehran şəhəri, Neyistan 3, Rastovan küçəsi 16
Telefon: (+98 910) 559 56 10
(+9821) 22 55 82 99
(+9821) 22 55 42 55
Azərbaycan Respublikasının Təbrizdəki Baş Konsulluğu
ÜNVAN: Təbriz səhəri, Vəliəsr, Arif küçəsi 9
Telefon: (+98 902) 095 13 83
(+98413) 333 48 02/04”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər


.jpg)
Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar