Sizin Reklam Burada
Xəbər lenti
23-12-2025
22-12-2025
BÜTÜN XƏBƏRLƏR

İlqar Məmmədov PA-ya dəvət olundu: "Bəzi perspektiv mövzulara sadəcə toxunduq"

Tarix: 29-02-2020 11:33     Baxış: 2336 A- / A+
İlqar Məmmədov PA-ya dəvət olundu: "Bəzi perspektiv mövzulara sadəcə toxunduq"

ReAL partiyasının sədri İlqar Məmmədovla Prezident Administrasiyasında şöbə müdiri Ədalət Vəliyevlə görüşüb.

Manevr.azxəbər verir ki, bu barədə onun özü açıqlama yayıb.

Bildirib ki, PA-nın Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyev onu görüşə dəvət edib:

"Bu gün Prezident Administrasiyasının Siyasi partiyalar və qanunvericilik hakimiyyəti ilə əlaqələr şöbəsinin müdiri Ədalət Vəliyevin dəvəti ilə REAL sədri olaraq görüşdüm, söhbət etdik. Hakimiyyət və müxalifət arasında siyasi dialoq və əməkdaşlığın vacibliyini söhbət zamanı qarşılıqlı olaraq bildirdik. Daha çox tanışlıq görüşü idi, bəzi perspektiv mövzulara sadəcə toxunduq. Ümid edək ki, bundan sonra müntəzəm ünsiyyət və əməkdaşlıq siyasi rəqabətin tərkibində layiqli yer alacaq".

Xatırladaq ki, bir neçə gün əvvəl PA-nın şöbə müdiri AXP sədri Pənah Hüseynlə də görüşüb.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Dekabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar