Sizin Reklam Burada
Xəbər lenti
19-04-2024
18-04-2024
BÜTÜN XƏBƏRLƏR

Türkiyənin Müdafiə naziri: “Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur”

Tarix: 21-02-2020 05:54     Baxış: 3186 A- / A+
Türkiyənin Müdafiə naziri: “Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur”

“Rusiya ilə qarşıdurma yaratmaq niyyətimiz yoxdur. Görüşlər, danışıqlar davam edir”.

Türkiyənin Müdafiə naziri Hulusi Akar “CNN Türk”ə müsahibəsində bu fikirləri bildirib.

Nazir deyib ki, Suriyanın şimalında Türkiyə ordusunun müşahidə məntəqələri fəaliyyətdədir və geri çəkilməyəcək: “Suriyada demokratik bir mühit nə zaman yaranarsa, Əsədin zülmü nə zaman bitərsə, Türkiyə ərazidən o zaman çəkiləcək. Orada insanların yaşadığı faciələrdən hər kəs xəbərdardır, Türkiyənin əzminə hörmətlə yanaşırlar, amma bunu təkcə sözdə yox, əməldə də göstərmək lazımdır”.

Hulusi Akar deyib ki, hazırda Türkiyə Silahlı Qüvvələri (TSK) Türkiyə Prezidentinin təlimatı üzrə hərəkət edir: “Suriya üzrə A, B, C planları hazırdır, yeri gəldikdə tətbiq olunar”.

Nazir bildirib ki, ölkəsinin hüquq və maraqlarını qorumaq baxımından, Rusiya, Çin və İran kimi ölkələrlə də Türkiyə öz maraqlarına əsaslanaraq əlaqələrini qurub: “Məsuliyyətimizi anlayırıq. Biz NATO üzvüyük. Bu görüşlər heç vaxt NATO-ya üzv olmağımıza qarşı deyil. Heç kim bizi kənarda tutmağa cəhd etməməlidir. NATO ilə bir problemi yaşamaq NATO-dan çıxmaq demək deyil”.

Türkiyənin silah ehtiyacı və silah dəstəyi mövzusuna da toxunan nazir S-400 zenit-raket sisteminin fəaliyyətə keçəcəyini, aprel ayından bu istiqamətdə yeni işlər görüləcəyini deyib: “Biz S-400-ü məcburiyyətdən aldıq. Çıxış yolu olsaydı, biz "Patriot" da alardıq. Çünki bizim yenə də havadan müdafiə sisteminə ehtiyacımız var. Bir məsələ də unudulmasın, biz F-35-lərin ortağıyıq, sifarişçisi deyil. Bizə qarşı atılan bu addımlar hüquqaziddir. Anlaşdıq və F-35-lər üçün 1,5 milyard dollar ödədik, 2,1 milyard dollara qədər də ödəmələrimiz var. Biz məsuliyyətimizi anlayıb, şərtlərə uyğun hərəkət edirik. ABŞ və digər ölkələri də öz məsuliyyətlərini anlamağa dəvət edirik”.

Hulusi Akar deyib ki, hazırda ABŞ-la əsas YPG/PKK məsələsi ilə bağlı anlaşılmazlıq var: “Barış bulağı” əməliyyatı terrorçuların terror dəhlizi yaratmaq planını pozub. Hazırda Türkiyənin nəzarətində olan “Barış bulağı” əməliyyatı bölgəsində hələ də terror hücumları davam edir, amma bu hücumlar getdikcə azalmaqdadır. Hətta məktəblərin bəziləri, məscidlər, kilsələr fəaliyyətə başladı, həyat bu ərazidə normallaşmağa doğru gedir”. apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar