Xəbər lenti
Əliyev-Paşinyan debatında maraqlı məqam - ŞƏKİL

Azərbaycan prezidenti İlham Əliyev və Ermənistan baş naziri Nikol Paşinyan arasında Münhen Təhlükəsizlik Konfransında baş tutan debat hələ də müzakirə olunmaqda davam edir.
Manevr.az xəbər verir ki, 45 dəqiqə davam edən müzakirələrdə diqqətdən kənarda qalan məqamlardan biri debatı izləyənlər arasında Ukraynanın keçmiş prezideti Pyotr Poroşenkonun olmasıdır.
Zalın Azərbaycandan olan qonaqlar üçün ayrılan hissəsində əyləşən Ukrayna lideri 45 dəqiqə boyunca İlham Əliyev-Nikol Paşinyan müzakirəsini dinləyib.
Azərbaycana rəğbətini gizlətməyən eks-prezident müzakirə paneli bitən kimi İlham Əliyevə yaxınlaşaraq onu qucaqlayıb. Poroşenko yaxınlıqda duran Nikol Paşinyana tərəf baxmayaraq, onunla nümayişkəranə şəkildə görüşməyib. Bu jesti ilə Ukraynanın keçmiş lideri Ermənistanda ciddi qınaq obyektinə çevrilib. Ermənilər Azərbaycanın yaxında olduğunu göstərən Poroşenkonun addımına qısqanclıqla yanaşıblar.
Pyotr Poroşenko 2014-cü il iyunun 7-dən 2019-cu il mayın 20-nə qədər Ukrayna prezidenti səlahiyyətlərini icra edib.
Hazırda o, “Avropa Həmrəyliyi” partiyasının sədridir./teleqraf.com
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər

.jpg)

Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar