Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi - Türkiyəyə qarşı?

Tarix: 16-02-2020 12:27     Baxış: 3243 A- / A+
Rusiyanın “cəhənnəm silahı” Suriyanın şimal-şərqinə göndərildi - Türkiyəyə qarşı?


Suriyanın şimal-şərqində, hazırda şiddətli döyüş əməliyyatlarının getdiyi İdlib bölgəsində Rusiyanın TOS-1A "Solntsepyok" ağır odsaçan maşınları görünüb.

Manevr.az virtualaz.org-a istinadən bildirir ki, sosial şəbəkələrdə yayılmış görüntülərə əsasən TOS-1A "Solntsepyok" maşınlarını daşıyan qoşqular İdlib istiqamətində hərəkət edir. Həmin texnika Suriyanın qərbindən daşınıb. Bölgəyə azı 3-4 ağır odsaçan maşınlarının göndərildiyi bildirilir.

Bu yerdəyişmə Türkiyənin Suriya ordusu ilə birbaşa hərbi toqquşmadan sonra İdlibə çoxsaylı ağır texnika və canlı qüvvə yeritməsinin ardınca baş verir. Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğan xəbərdarlıq edib ki, türk əsgərlərinə atəş açılması halında Əsəd rejimi qüvvələrini təkcə Suriyanın şimalındakı deeskalasiya zonasında deyil, "hər yerdə" vuracaqlar.

Azərbaycan da daxil olmaqla cəmi bir neçə ölkənin silahlanmasında yer alan TOS-1A "Solntsepyok" ağır odsaçanları öz dağıdıcı gücünə görə "cəhənnəm silahı" da adlandırılır. Bir yaylım atəşi ilə 40 min kvadratmetr sahədə hər şeyi yandırıb kül edir. Rusiya bu silahları bir neçə il əvvəl Suriya ordusuna verib və Əsəd qüvvələri həmin silahdan İŞİD qüvvələrinə qarşı döyüşlərdə istifadə edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar