Xəbər lenti
DSK-lara göndərdiyimiz şikayətlərin 80 faizi MSK-ya qayıdacaq – Məzahir Pənahov

Hazırda sosial şəbəkələrdə olan şikayətlərin araşdırılması prosesi davam edir. Dairə seçki komissiyalarına göndərdiyimiz şikayətlərin 80 faizi təkrar bizim üstümüzə qayıdacaq. Həmin şikayətrlər geri qayıdanadək biz sosial şəbəkələrdəki videoların araşdırılması üzrəində işi başa çatdırmalıyıq.
Manevr.az xəbər verir ki, bunu MSK-nın iclasında komissiyanın sədri Məzahir Pənahov bildirib.
O qeyd edib ki, DSK-ların qərarlarından MSK-ya şikayət olunanda sosial şəbəkələrdəki görüntülər MSK-ya çox ciddi şəkildə lazım olacaq:
“Bəzi müraciətlərdə ümumi xarakterdən başqa heç bir məna yoxdur. Ona görə də onlara əsasən MSK heç bir qərar qəbul edə bilməz. Bəzi fərdlər əllərində olan videoları hansısa zaman üçün, nəyə görəsə saxlayırlar. Mən KİV vasitəsilə hər kəsə bildirmək istəyirəm ki, kimdəsə nəsə varsa elə bilməsin ki, onu saxlamağın nəsə bir faydası var.
Onları ortaya çıxarsınlar. Çünki sonra bunun hüquqi baxımdan bir faydası olmayacaq. O materialların nəinki vaxtı çatıb, hətta vaxtı keçir. Sosial şəbəkələrə minnətdarıq. Sosial şəbəkələr çox gözəl bir faktor, çox gözəl bir fenomendir”.teleqraf.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar