Sizin Reklam Burada
Xəbər lenti
18-09-2025
17-09-2025
BÜTÜN XƏBƏRLƏR

Ləğvetmə başladı: 3 məntəqənin nəticəsi silindi - Təcili

Tarix: 13-02-2020 11:33     Baxış: 3362 A- / A+
Ləğvetmə başladı: 3 məntəqənin nəticəsi silindi - Təcili

Parlament seçkiləri ilə əlaqədar 111 saylı Zaqatala seçki dairəsi üzrə 2, 123 saylı Kəlbəcər Seçki dairəsi üzrə 1 seçki məntəqəsində səsvermənin nəticəsi ləğv olunub.
Manevr.az xəbər verir ki, 111 saylı Zaqatala Dairə Seçki Komissiyasının sədri Zöhrab İsmayılov apa-ya açıqlamasında dairə üzrə 4 və 43 saylı seçki məntəqələrində müəyyən qayda pozuntularına yol verilməsi ilə bağlı komissiyaya məlumat daxil olduğunu bildirib.

Daxil olan şikayət araşdırılıb və həmin məntəqələrdə müəyyən qanun pozuntularına yol verildiyi təsdiq olunub. Komissiyanın qərarı ilə həmin məntəqələrdə səsvermənin nəticələri etibarsız sayılıb.

123 saylı Kəlbəcər Dairə Seçki Komissiyasının sədri Adil Murtuzayev isə bildirib ki, dairə üzrə 10 saylı seçki məntəqəsində seçicilərin iradəsini müəyyən etmək mümkün olmadığına görə, həmin məntəqədə səsvermənin nəticələri ləğv edilib.

Xatırladaq ki, nəticələrə görə, 123 saylı Kəlbəcər seçki dairəsindən namizədliyini irəli sürmüş Aqil Məmmədov (Kəlbəcər İH başçısı) 71,8% səslə, 111 saylı Zaqatala seçki dairəsi üzrə isə Kamilə Əliyeva 53, 9% səslə lider idilər.

Qeyd edək ki, bu gün Mərkəzi Seçki Komissiyası daxil olan şikayətlərlə bağlı iclas keçirəcək. İclasda mühüm qərarların veriləcəyi gözlənilir.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar