Xəbər lenti
Ələşrəfqızı Aqiyə Naxçıvanlıdan MSK-ya şikayət etdi

MSK-nın bu gün keçirilən iclasında 117 saylı Oğuz-Qəbələ seçki dairəsi üzrə namizəd, əməkdar jurnalist Ləman Ələşrəfqızının şikayətinə baxılıb.
Manevr.az məlumatına görə, MSK üzvü İlham Məmmədov bildirib ki, L.Ələşrəfqızı həmin dairə üzrə namizəd Aqiyə Naxçıvanlıdan şikayət edib.
L.Ələşrəfqızı öz şikayətində bildirib ki, A.Naxçıvanlı bir seçicinin övladının təhsil haqqını ödəməyə köməklik edib. Belə ki, o, bir seçicinin təhsil haqqının 1200 manatlıq hissəsinin 600 manatını ödəyib. Həmçinin, A.Naxçıvanlı xəstəliyi olan bir seçicinin müalicə xərclərini də verib. Bundan əlavə, L.Ələşrəfqızı seçkiqabağı təbliğat-təşviqat kampaniyasında Oğuz Rayon İcra Hakimiyyəti əməkdaşlarının iştirak etdiyindən şikayətlənib.
İlham Məmədov bildirib ki, aparılan araşdırma zamanı A.Naxçıvanlının seçkiqabağı təbliğat-təşviqatda qanunsuzluğa yol verdiyi barədə iddialar öz təsdiqini tapmayıb. Buna görə də L.Ələşrəfqıznın şikayəti təmin olunmayıb.axar.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar