Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Fərəc Quliyevlə bağlı Baş Prokurorluq qərar verəcək - RƏSMİ

Tarix: 05-02-2020 17:48     Baxış: 3264 A- / A+
Fərəc Quliyevlə bağlı Baş Prokurorluq qərar verəcək - RƏSMİ

Mərkəzi Seçki Komissiyası (MSK) 31 saylı Suraxanı ikinci seçki dairəsini ciddi nəzarətdə saxlayacaq.

Manevr.az-ın məlumatına görə, bunu MSK sədri Məzahir Pənahov MSK-nın bu gün keçirilən iclasında deyib.

MSK sədri bildirib ki, indiki mərhələdə qanunvericiliyin tələbi həmin dairədən namizədliyi qeydə alınmış Fərəc Quliyevə xəbərdarlıq edilməsidir:

“Mehman Hüseynov MSK ilə yanaşı, Baş Prokurorluğa və Ombudsmana da müraciət edib. MSK, sadəcə, öz səlahiyyətləri çərçivəsində olan məsələlərə baxır. Əgər Baş Prokurorluq məsələyə baxıb cinayət tərkibi müəyyən etsə, MSK bu məsələyə yenidən qayıda bilər”.

Qeyd edək ki, 31 saylı Suraxanı İkinci Seçki Dairəsindən deputatlığa namizəd Mehman Hüseynov sosial şəbəkələrdə həmin dairədən deputatlığa namizəd olan F.Quliyevlə danışığının səs yazısını yayıb.

Səs yazısında F.Quliyevin Mehman Hüseynova 10-15 min manat pul təklifi əksini tapıb. F.Quliyev isə sonradan məsələyə münasibət bildirərək, həmin pulu M. Hüseynovun müalicəsi üçün təklif etdiyini, M.Hüseynovun danışığın səs yazısını montaj edərək yaydığını bildirib.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar