Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Türk deputatdan ermənilərə: Azərbaycanın daxili məsələsi...

Tarix: 30-01-2020 21:19     Baxış: 3261 A- / A+
Türk deputatdan ermənilərə: Azərbaycanın daxili məsələsi...

Biz bir-birimizə barmaq göstərməməliyik.

Manevr.az xəbər verir ki, bunu Türkiyənin Avropa Şurası Parlament Assambleyasındakı (AŞPA) nümayəndə heyətinin rəhbəri Akif Çağatay Kılıç qurumun qış sessiyası zamanı Azərbaycanda siyasi məhbuslara dair hesabatın müzakirəsi zamanı bildirib.

Türkiyəli deputat hesabatda səhv ifadələrin işlədildiyini AŞPA-nın nəzərinə çatdırıb:

"Bu hesabatda düzgün olmayan ifadələr yer alıb. Avropa Şurasında və burda AŞPA-da istifadə olunan kəlmələr anlayışlı və açıq ruhlu olmalıdır. Digər dövlətlərin AŞPA-dakı nümayəndə heyətlərindən olan həmkarlarım bunu artıq qeyd etdilər. Azərbaycan Avropa Şurası ilə əməkdaşlıq edir. İstənilən ölkədə problemlər var. Mənim Türkiyədən olan həmkarım bu məsələyə toxundu. Belçikada şəhər merlərindən biri türkiyəli həmkarı ilə görüşdüyü üçün partiyadan uzaqlaşdırılıb".

Akif Çağatay Kılıç AŞPA-da Ermənistan nümayəndə heyətini öz problemləri ilə məşğul olmağa, Azərbaycanın daxili məsələlərinə qarışmamağa dəvət edib:

"Avropa Şurası harmoniya meydanıdır. Avropa Şurası və AŞPA bizim oturub müzakirələr apardığımız bir yerdir. Biz bir-birimizə barmaq göstərməməliyik. Əgər biz buna başlasaq, hamı bir-birinə barmaq göstərəcək. Burda Azərbaycana qarşı çıxış edən Ermənistan nümayəndə heyəti bilməlidir ki, öz ölkələrində həll olunmalı problemlər çoxdur. Bunun üçün öz insan hüquqlarınızı qoruyun və öz daxili məsələlərinizlə məşğul olun".report

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar