Xəbər lenti
İcra başçısı “gözəgörünməz” deputata vəkillik edir - Şəkil
Milli Məclisə seçkilərə çox az müddət qalıb. Deputatlığa namizədlərin xalqın səsini qazanmaq üçün “canfəşanlıq” marafonu davam edir. Bu sözü sadə xalqla görüş kimi də ifadə etmək olardı, lakin ötən illərdə yaşadığımız təcrübəyə əsasən demək olar ki, bu görüş deyil, seçilmək üçün bir çoxları tərəfindən sadəcə gözə kül üfürməkdir. Amma kimin ki, yuxarıda adamı var, gözə kül üfürmür, illərlə iş görməyib kreslosunda yatanlar bir daha başa keçirməklə başımıza kül qoyurlar.
Belə görüşlərdən biri də Qazax rayonunda keçirilib. Milli Məclisin deputatı olduğu 5 il müddətində bir dəfə də rayona gəlib əhalinin dərdini soruşmaq bir yana, “buranın deputatı mənəm deməmiş” Ülviyyə Ağayeva indi səs toplamaq üçün seçicilərlə görüşə gedib. Yanına da rayonun icra başçısını alıb ki, sözünün kəsəri bərk olsun.
Bəs görəsən Qazax Rayon İcra Hakimiyyətinin başçısı Rəcəb Babaşovu nə məcbur edir ki, deputatlığa namizəd, ötən 5 ildə bir dəfə də olsun bölgəyə ayaq basmayan Ülviyyə Ağayevaya vəkillik edir, onun görüşlərinə insanların gəlməsini tələb edir, bu görüşlərdə də xanımın ünvanına “bəy tərifi” yağdırır.
Xalqın gözü tərəzidir. Ülviyyə Ağayeva bu görüşlərdə öz fəaliyyətindən deməyə bir şey tapmadığı üçün dəfələrlə deyilmiş şablon sözlərə, fikirlərə üstünlük verir. Dövlət başçısının sərəncamı ilə rayonda aparılan abadlıq və quruculuq işləri və s. Belə çıxış edən maliyyə naziri Samir Şərifova dövlət başçısının “ leksiya oxuyursan” deməsini yəqin xatırlayırsınız.
Deyən lazımdır, o işləri dövlət başçısı etdirib, bəs sən nə zamansa bu rayonda kiminsə yaralı barmağına məlhəm sürtmüsən, ya sürtdürmüsən? Cavabı xalq verir. Tanınmış jurnalist Bəturə Nəbiyeva bildirib ki, Ülviyyə Ağayeva bu günə qədər bir dəfə də olsun çıxışlarında nə Qazaxın, nə də qazaxlıların adını çəkməyib:“Beləsi o elin əhalisinə nə vəkillik edəcək?”
Digər Qazax sakini, ziyalı Vüsalə Ağayeva isə üzünü görmədikləri deputatın qazaxlılara lazım olmadığını deyir.
Rəcəb Babaşov nələrinsə xatirinə tərifləyə bilər, amma xalqın da ağzı torba deyil ki, büzəsən.Əgər Rəcəb Babaşov eyni şəkildə bütün namizədlərə davransa, onların hamısına qoşulub insanların içərisinə qarışsa buna bəlkə də ədalət demək olardı.
Xalqın səsini bu məqamda eşitməyən başçı, deputatı özünə dayaq edəndən sonra heç eşitməz. Deputat onsuz da eşitmirdi. O bu böyük tamaşada ona biçilmiş rolunu oynamağa gəlib - Gözə görünməyə.bizimyol.info
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar