Xəbər lenti
“Böyük Britaniya AB-yə qayıtmaq istəsə, onun üçün həmişə yer tapılacaq” - İrlandiya baş naziri
İrlandiya hökumətinin başçısı Leo Varadkar Böyük Britaniyanın Avropa Birliyindən çıxmasından təəssüfünü dilə gətirib.
Manevr.az xarici agentliklərə istinadən xəbər verir ki, o, bu barədə fikirlərini AB-nin “Breksit” üzrə əsas müzakirəçisi Mişel Barnye ilə keçirdiyi mətbuat konfransında ifadə edib. İrlandiya lideri bütün olanlara rəğmən birliyin qapılarının britaniyalılar üçün həmişə açıq olduğunu söyləyib.
“Artıq cümə günü biz avantürist səyahətə çıxan köhnə dostumuzla vidalaşacağıq. Ümid edirik ki, onlar üçün hər şey alınacaq, əks təqdirdə Böyük Britaniyaya həmişə Avropa masasında yer var”,-deyə o, qeyd edib.
İrlandiya Respublikasının baş naziri AB və Böyük Britaniya arasında “ambisiyalı saziş”in əldə olnmasına hazır olduqlarını desə də, tərəfləri “daha realist davranmağa” çağırıb. O, rəsmi Londonla imzalanan sazişin İrlandiya adasının Böyük Britaniyanın tərkibindəki şimal hissəsi ilə sərt sərhədləri istisna etdiyini vurğulayıb.
Onun fikrincə, artıq sazişin bununla bağlı hissəsi, yəni insanların və əmtəələrin Şimali İrlandiyadan sərbəst gedişi üzrə protokolun rellaşdırılmasına çalışmaq lazımdır.
Xatırladaq ki, Böyük Britaniya bu il ynvar ayının 31-də Avropa Birliyini rəsmən tərk edir. Bundan sonra hər iki tərəf üçün bu il dekabr ayının 31-də bitəcək keçid dövrü başlayır. Bu müddət ərzində rəsmi London Brüssellə yeni ticarət anlaşmasını əldə edəcəyinə ümid bəsləyir.
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar