Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyada erməni təxribatı - Azərbaycan icması hərəkətə keçdi

Tarix: 22-01-2020 14:44     Baxış: 3220 A- / A+
Rusiyada erməni təxribatı - Azərbaycan icması hərəkətə keçdi

Rusiyadakı erməni diasporu növbəti dəfə Azərbaycana qarşı təxribata hazırlaşır.

Manevr.az xəbər verir ki, apa-nın Moskva müxbirinin verdiyi məlumata görə, erməni diasporu yanvarın 26-da paytaxtdakı "Pobeda" kinoteatrında əzəli Azərbaycan torpaqları olan Dağlıq Qarabağ və ona bitişik yeddi rayonun "tarixi Ermənistan" torpağı olduğunu iddia edən "Sehirli Aran ölkəsi" ("Mistiçeskaya strana Aran") adlı filmin nümayişini keçirməyə hazırlaşır.

Bununla əlaqədar Azərbaycan İcması filmin təxribat xarakterli olması və Rusiya Federasiyası ərazisində millətlərarası münaqişəni qızışdırmaq və separatçılıq ideyalarını təbliğ etməsi ilə bağlı Moskva hökumətinə müraciət edib.

Azərbaycan İcmasının sədri Şamil Tağıyevin adından Moskva hökumətinin Mədəniyyət Departamentinə ünvanlanan müraciətdə filminin nümayişindən imtina edilməsinə çağırış edilib. Əks təqdirdə Rusiya Xarici İşlər Nazirliyinə və müvafiq dövlət orqanlarına müraciət olunacağı bildirilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar