Xəbər lenti
İŞİD terrorçusu qadın Norveç hökumətini parçaladı
İŞİD terror təşkilatının üzvü olan qadının ölkəyə qayıtması Norveç hökumətini parçalayıb.
Bildirilir ki, artıq Norveç Tərəqqi Partiyası hökuməti tərk edib. Bu isə baş nazir Erna Sulberqin vəzifəsi bahasına başa gələ bilər.
Belə ki, Tərəqqi Partiyasının koalisiya hökumətindən çıxması ilə əlaqədar olaraq Sulberq ölkədə erkən seçki çağırmağa məcbur olacaq.
Söhbət İraqdan qayıtmasına izn verilən terrorçu qadından və onun iki övladından gedir. Bu məsələ hökumət üzvləri və norveçlilər arasında böyük narazılığa səbəb olub.
“Bir çoxları hesab edir ki, o, Norveçə qayıtmaq üçün xəstə uşağını qalxan kimi istifadə edib. Və bu, bir çoxlarında narazılıq yaradıb”,- deyə Tərəqqi Partiyasının lideri, həmçinin maliyyə naziri olan Siv Yensen bildirib.
29 yaşlı Norveç vətəndaşı 2013-cü ildə Suriyaya köçərək burada İŞİD terrorçusu olan həmyerlisi ilə evlənib. Ondan iki uşağı olub.
Cütlük Suriyada yaşayıb, amma əri öldükdən sonra qadın vətəninə qayıtmaq qərarına gəlib. Bundan əvvəl o, uşaqları ilə birlikdə Suriyanın şimal-şərqindəki Əl-Xol qaçqın düşərgəsində yaşayırdı.
Norveçə gəldikdən sonra qadın həbs olunacaq və uşaqlar üçün isə qəyyum təyin ediləcək. oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar