Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Çingiz Qənizadə sosial şəbəkələrdə yayılan görüntüsündən danışdı - Video

Tarix: 19-01-2020 14:35     Baxış: 3214 A- / A+
Çingiz Qənizadə sosial şəbəkələrdə yayılan görüntüsündən danışdı - Video

Xəbər verildiyi kimi, 80 saylı İmişli-Beyləqan seçki dairəsindən deputatlığa namizədliyini irəli sürmüş Çingiz Qənizadə seçiciləri ilə görüşdə onların etirazı ilə üzləşib.
Çingiz Qənizadə azxeber.com-a açıqlamasında baş verən hadisəni özünə qarşı hazırlanmış təxribat adlandırıb:

"Bu hadisə dünən yox, o biri gün, İmişli rayonunun Qızılkənd kəndində baş verib. Digər namizədlərin öyrətdiyi 8-9 nəfər görüş başlamazdan əvvəl öndə dayandı və mən görüşü başlamamış onlar "Mən Qarabağda vuruşmuşam 80 manat pensiya alıram, dolana bilmirəm; uşaq pulu niyə verilmir?” kimi ifadələr işlədərək irad bildirməyə başladılar. Bundan sonra digərləri də səs-küy salmağa başladı. Ancaq bu 3 dəqiqə çəkdi. Ətrafda olan bir neçə nəfər bu hadisəni lentə almağa başladı. Daha sonra kənd camaatı onları ərazidən uzaqlaşdırdı. Bundan sonra mənim görüşüm yüksək səviyyədə davam etdi və bununla bağlı mətbuatda yazılar yayımlandı.

Çingiz Qənizadə bu hadisənin təsadüf olduğuna inanmadığını deyib:

"Onu deyə bilərəm ki, bu mənə qarşı hazırlanmış qara piardır. Burada bir neçə namizəd var və onlar hər vasitə ilə çalışırlar ki, mənə mane olsunlar. Güclü rəqibi sıradan çıxarmaq üçün ümidlərini Yutuba bağlayıblar. Və bu vasitə ilə qara piar aparırlar.

Çingiz Qənizadə deyib ki, seçicilər onun yanındadır:

"Tamamilə boş və mənasız şeydir, belə şeylərə fikir vermirəm. Mən elə hesab edirəm ki, deputat olduğum müddətdə açıq və əlçatan deputat olmuşam və seçicilərimin mənə sevgisi var. Videoya baxan hər kəs görür ki, mən o görüntülərdə heç bir kobudluq etməmişəm. Bu təxminən 10 nəfərə yaxın, xüsusi öyrədilmiş və kənddə nüfuzu olmayan insanların atdığı addımdır. Bu, qara piardır. Biz bu kimi hallara öyrəşmişik. Son olaraq səs seçicinindir. Kim seçici ilə yaxşı işləyəcəksə, seçim də o olacaq. Mən ümid edirəm ki, seçici ədalətli seçim edəcək".


Manevr.az


Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar