Xəbər lenti
Mehman Hüseynovun deputatlığa namizədliyi qeydə alındı – ŞƏKİL

Tanınmış videoblogger Mehman Hüseynovun deputatlığa namizədliyi qeydə alınıb.
Manevr.az xəbər verir ki, bu barədə Mərkəzi Seçki Komissiyasının (MSK) rəsmi saytında qeyd olunub. O, 31 saylı Suraxanı ikinci Seçki Dairəsindən namizədliyini verib. M. Hüseynovun özü də bu barədə sosial şəbəkələrdə məlumat verib.
Qeyd edək ki, M. Hüseynov ötən il 23 dekabrda keçirilən bələdiyyə seçkilərində də 31 saylı Suraxanı ikinci seçki dairəsindən Qaraçuxur bələdiyyəsinə namizədliyini irəli sürmüş ancaq seçilmək üçün ona kifayət edəcək qədər səs çoxluğunu toplaya bilməmişdi. Tanınmış blogger qalib gəldiyini bəyan etsə də, MSK-nın rəsmi nəticələrində onun adı çıxmamışdı.
Sonradan o, bununla bağlı rəsmi etiraz edib və MSK tərəfindən keçirilən iclasda Mehman Hüseynovun şikayətinə baxılıb. İki məntəqədə səsvermənin nəticələrinin ləğv edilsə də, Qaraçuxur bələdiyyəsinə seçkilərin nəticələri dəyişməyib.
Manevr.az

Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar