Xəbər lenti
İraqda hərbi bazanın atəşə tutulması zamanı ABŞ hərbçiləri xəsarət almayıb

İraqın Salah əd-Din əyalətindəki “Balad” Hərbi Hava Qüvvələrinin bazası raket atəşinə tutulan zaman heç bir ABŞ hərbçisi xəsarət almayıb.
Manevr.az məlumatına görə, bu barədə RİA Novosti-yə ABŞ Mərkəzi Komandanlığının nümayəndəsi bildirib.
Onun sözlərinə görə, “Balad” hərbi bazasının raket atəşinə tutulması zamanı koalisiyanın şəxsi heyətindən, o cümlədən ABŞ hərbçilərindən heç biri xəsarət almayıb.
Qeyd edək ki, İraqdakı hərbi mənbədən verilən məlumata görə, bazar günü sözügedən hərbi bazaya 5 raket atılıb. Atəş nəticəsində 4 İraq hərbçisinin yaralandığı bildirilib. Yaralananlardan 2-si zabitdir.
Xəbəri paylaş
Çox oxunanlar



Son yüklənənlər
.jpg)


Axtarış
Reklam

İqtisadiyyat
Ədəbiyyat
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar