Sizin Reklam Burada
Xəbər lenti
29-04-2024
28-04-2024
BÜTÜN XƏBƏRLƏR

Daha bir ictimai fəal deputatlığa namizəd oldu

Tarix: 12-01-2020 14:15     Baxış: 3373 A- / A+
Daha bir ictimai fəal deputatlığa namizəd oldu

9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində bir çox ictimai fəal deputatlığa namizdəliyini irəli sürüb. Seçkilərdə iştirak üçün müraciət edən şəxslərin bir çoxunun namizədliyi təsdiq olunub. Onlar arasında tanınmış ictimai fəal, “Gənclərin Töhfəsi İctimai Birliyinin icraçı direktoru, Qida Təhlükəsizliyi Hərəkatının həmtəsisçisi Məhsəti xanım Hüseynova da var.

Maner.az xəbər verir ki, M.Hüseynovanın namizədliyi 20 saylı Nərimanov 2-ci Seçki Dairəsindən qeyd alınıb. Bu barədə məlumatı namizəd sosial şəbəkə hesabında paylaşıb: “Bu işdə mənə sözləri ilə mənəvi dəstək olan yaxınlarıma, imza verən, imza toplamağa yardım edən hər kəsə minnətdarlığımı bildirirəm! İndi isə işə davam edərək növbəti mərhələyə keçirik”.

Məhsəti Hüseynova bildirib ki, artıq müşahidəçilər, vəkillər, könüllülər, ümumilikdə komanda formalaşmaqdadır: “Özünü komandamızda görən, hər hansı bir formada köməyi dəyə biləcəyini düşünən hər kəsi yanımda görməyə şad olacam!”

Namizəd qeyd edib ki, nəticədən asılı olmayaraq Azərbaycanın beynəlxalq səviyyədə nüfuzunun artması üçün əlindən gələni əsirgəməyəcək:

“Nəticə nə olur olsun, mən yoluma davam edəcəm, hər hansı sahədə çalışmağımdan asılı olmayaraq daima xalqımızın sağlamlığı və xoşbəxliyi üçün, müstəqil Azərbaycanımın çiçəklənməsi üçün,dünyada nüfuzunun artması və ən yaxşı səviyyədə tanınması üçün əlimdən gələni etdiyim kimi yenə də edəcəyəm.

Çünki mən müstəqil Azərbaycanlı olduğum üçün həqiqətən də fəxr edirəm Azərbaycanımı sevirəm.”

M.Hüseynova Azərbaycan Prezidentinin növbədənkənar parlament seçkilərində gənclərin faəl iştirak etmələrinə çağırışını yüksək qiymətləndirib və ölkə başçısına təşəkkürünü bildirib: “Bir daha cənab Prezidentimiz İlham Əliyevə bu gözəl şəraiti biz gənclərə yaratdığı üçün şəxsən öz adımdan və istedadlı gənclər adından təşəkkür edirəm. Azərbaycan gəncləri daim Prezidentinin yanında olub, dövlət başçısının bütün çağırışlarında onun yanında olub və bu proses bundan sonra da belə olacaq. Hər şey Azərbaycanın Sağlamlığı və Xoşbəxtliyi üçün!”modern.az

Maner.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Aprel 2024    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar