Xəbər lenti
Aİ XİN rəhbərləri İranı dərhal nüvə razılaşmasına əməl etməyə çağırıb

Avropa İttifaqının (Aİ) üzv dövlətlərinin XİN rəhbərləri İranı nüvə proqramı üzrə Birgə Hərtərəfli Fəaliyyət Planına (BHFP) əməl etməyə çağırıb.
Manevr.az "TASS"a istinadən verdiyi məlumata görə, bunu Aİ diplomatiyasının rəhbəri Jozep Borrel ittifaqın 28 ölkəsinin xarici işlər nazirlərinin təcili iclasından sonra keçirilən mətbuat konfransında deyib.
J.Borrel bildirib: "Biz İranı dərhal BHFP-yə əməl etməyə qayıtmağa çağırırıq".
Onun sözlərinə görə, XİN rəhbərləri həmçinin ABŞ və İranı bölgədə deeskalasiyanı təmin etməyə çağırıblar: "Bölgə daha bir müharibəyə tab gətirə bilməz. Biz tərəfləri təcili deeskalasiyaya və maksimal dərəcədə təmkinli olmağa çağırırıq".
J.Borrel qeyd edib ki, xarici işlər nazirləri yaranmış vəziyyətdən çıxış yolu tapmaq üçün ondan bütün tərəflərlə fəal danışıqlar aparmağı istəyiblər: "Biz istisnasız olaraq hər kəslə danışmalıyıq və qərar regional olmalıdır".
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar