Xəbər lenti
Turan İbrahimov Rauf Arifoğlunun vəkili oldu - ŞƏKİL
Tanınmış telejurnalist Turan İbrahimov Xətai rayon 35-ci seçki dairəsindən deputatlığa namizəd, “Yeni Müsavat” Media Qrupunun rəhbəri Rauf Arifoğlunun vəkili olub.
Manevr.az xəbər verir ki, onun vəkilliyi proseduru rəsmiləşib. Lazımi rəsmi prosedurlar həyata keçiriləndən sonra T.İbrahimov R.Arifoğlunun vəkili kimi prosesə başlayacaq.
T.İbrahimov seçki prosesi dönəmində deputatlığa namizədin vəkili kimi mərkəzi qərargahda olacaq, təbliğat -təşviqat və digər proseslərə nəzarət edəcək. T.İbrahimov bildirib ki, bu işi sevə-sevə edəcək, həm də yüksək səviyyədə. "Bütün beynimin əsas hissəsini bu işə yönəldəcəm. 2010-cu il parlament seçkilərində Rauf bəylə rəqib olmuşuq. İTV-də baş tutan ilk canlı yayında, bir-birimizə jestlər etdik və dostluğumuz yarandı. O gündən etibarən də Rauf bəylə çox gözəl münasibətlərimiz var.
Vəkili olaraq da prosesə fərqli şəkildə də yardım edəcəyik. Xeyirli nədirsə, o olsun. O xeyirdə bizim də rolumuz olsun”.
Qeyd edək ki, hər bir deputatlığa namizəd 10 vəkil irəli sürə bilər. R. Arifoğlunun digər vəkilləri yaxın günlərdə ictimaiyyətə təqdim olunacaq.musavat.com
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar