Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
BÜTÜN XƏBƏRLƏR

Ərdoğan və Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Tarix: 04-01-2020 05:22     Baxış: 2183 A- / A+
Ərdoğan və Makron Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər

Türkiyə və Fransa prezidentləri Rəcəb Tayyib Ərdoğan və Emmanuel Makron arasında telefon danışığı olub.

Manevr.az “RİA Novosti”yə istinadən xəbər verir ki, iki ölkə lideri danışıq zamanı Yaxın Şərqdəki vəziyyəti müzakirə ediblər.

“Fransa Respublikasının Prezidenti bu gün günorta türkiyəli həmkarı Rəcəb Tayyib Ərdoğanla telefonla danışıb. İki lider İraqda baş vermiş son hadisələrdən sonra Yaxın Şərqdə artan gərginlik səbəbindən ümumi narahatlıqlarını dilə gətiriblər, həmçinin gərginliyin artmasından qaçmağın vacibliyini qeyd ediblər”, - deyə Yelisey sarayının yaydığı kommünikedə deyilir.

Məlumatda qeyd olunur ki, Macron İŞİD-lə mübarizənin prioritet məsələ olduğunu və Fransanın beynəlxalq koalisiyanın addımlarına tam sadiqliyini xatırladıb.

“Suriyaya gəlincə, respublika prezidenti İdlibdəki təhlükəsizlik vəziyyətindən və humanitar vəziyyətdən narahatlığını dilə gətirib”, - deyə məlumatda bildirilib.

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar