Xəbər lenti
Prezidentin nazir müavini təyin etdiyi Eldar Nuriyev kimdir? - DOSYE

Xəbər verdiyimiz kimi, Prezident İlham Əliyev Eldar Niriyevin Ədliyyə nazirinin müavini təyin edilməsi haqqında sərəncam imzalayıb.
Manevr.az xəbər verir ki, Eldar Qasım oğlu Nuriyev 15 noyabr 1955-ci ildə Lənkəran şəhərində anadan olub. Azərbaycan Dövlət Unversitetinin sovet dövründə ən nüfuzlu fakültəsi olan Hüquq fakültəsini bitirən E.Nuriyev 1-ci dərəcəli dövlət müşaviridir.
O, əmək fəaliyyətinə 1979-cu ildə Gəncədə başlayıb. Şəhər prokurorluğunda köməkçi vəzifəsində çalışan E.Nuriyev burada 1993-cü ilə qədər işləyib. 1993-cü ilin avqustu E.Nuriyevin karyerasına uğurlu il kimi düşüb. Həmin il o, Bakı şəhəri prokurorluğunun DİO-da qanunların icrasına nəzarət şöbəsinin rəisi vəzifəsinə irəli çəkilir. 1996-cı ilə qədər bu vəzifədə çalışan Nuriyev 1998-ci iliinn mayında Prezidentin İcra Aparatının Dövlət-Hüquq şöbəsinə böyük məsləhətçi vəzifəsinə təyin olunur. İki il bu postda çalışdıqdan sonra 2000-ci illin oktyabrında Prezidentin İcra Aparatının Hüquq mühafizə orqanları ilə iş şöbəsinə böyük referent vəzifəsinə irəli çəklir. E.Nuriyev burada 6 il çalışıb. 2006-cı ildə o, prokurorluq sisteminə qayıdır.
2006-cı ilin aprelində Baş Prokurorluğa əmri verilən E. Nuriyev Baş prokurorun müavini vəzifəsinə təsdiqlənir. Daha sonra Prezident Administrasiyasının Dövlət nəzarəti şöbəsinin müdiri təyin olunub.qaynarinfo
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar