Xəbər lenti
Rusiya "erməni soyqırımı" məsələsində Türkiyəni dəstəklədi
Türkiyə prezidenti Rəcəb Tayyib Ərdoğanın amerikalı senatorların qəbul etdiyi "erməni soyqırımı" qətnaməsi ilə bağlı tənqidi fikirlərinə Rusiyadan dəstək gəlib.
Ərdoğanın "Qızıldərililərə qarşı edilənlər Amerikanın üz qarasıdır" ifadəsinə Rusiya Xarici İşlər Nazirliyi də dəstək verib. Nazirlik sözçüsü Mariya Zaxarova açıqlamasında bildirib ki, əgər miqrantların bugünkü ABŞ torpaqlarına gəldikdən sonra qızıldərililərə nə etdiklərini bilmək istəyirsinizsə, bununla bağlı məlumatları ictimaiyyətə təqdim etməyə hazırıq.
Türkiyənin ABŞ-ın bu addımına qarşı münasibətini isə sözçü bu cür dəyərləndirib: "Hər ölkənin öz xarici siyasət xəttini yaratmaq, öz mülahizələrini yürütmək və maraqlarını qorumaq hüququ olduğunu düşünürəm".
Ankaranın S-400 raket müdafiə sistemlərini alması ilə bağlı təktərəfli sanksiyaların isə qəbuledilməz olduğunu ifadə edən Zaxarova BMT Təhlükəsizlik Şurasından keçməyən bütün sanksiyalara qarşı olduqlarını bildirib: "Bizim üçün təktərəfli sanksiyalar qəbuledilməzdir və sanksiya mexanizmindən istifadə edərək ölkələrə təzyiq göstərilməsi, bir çox beynəlxalq sənədlərdə qeyd olunan beynəlxalq münasibətlərə ziddir".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar