Xəbər lenti
Fuad Abbasov deputatlığa namizədliyini irəli sürüb - Sabiq icra başçısına rəqib olur

Tanınmış jurnalist Fuad Abbasovun Xəzər TV-nin Xəbərlər departamentində işə başladığı haqda informasiya yayılıb.
İddia olunur ki, jurnalist yaxın günlərdə siyasi mövzulu proqramda aparıcılıq edəcək. Eyni zamanda, onun “Xəzər” TV-nin Xəbərlər Depertamentinə baş redaktor vəzifəsinə təyin olunacağının gözlənildiyi də bildirilir.
Manevr.az modern.az-a istinadən xəbər verir ki, Fuad Abbasov Xəzər TV-də çalışdığı barədə informasiyanı təkzib edib.
O, 9 fevral 2020-ci il tarixində keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etmək üçün hazırlaşdığını bildirib.
“Deputatlığa namizədliyimi irəli sürmüşəm. Sənədlərimi Xətai rayonu 33 saylı birinci seçki dairəsinə təqdim etmişəm.
Artıq imza toplamağa da başlamışam. Deputatlığa namizədliyimin təsdiqlənəcəyinə əminəm. Belə olan halda hər hansı televiziya kanalında aparıcılıq etməyim və özüm haqqında təbliğat aparmağım düzgün olmaz”.
Qeyd edək ki, keçmiş icra başçısı, “Borçalı” Cəmiyyətinin sədri Zəlimxan Məmmədli də 33 saylı Xətai birinci seçki dairəsindən öz təşəbbüsü ilə namizədliyini irəli sürüb.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər



Axtarış
Reklam

İqtisadiyyat
Kriminal
Şou-biznes
Yazarlar
Emil Rasimoğlu
Emil Rasimoğlu
Emil Rasimoğlu
Cahangir NAMAZOV
-Təranə Dəmir
- Sevil Nuriyeva
Emil Rasimoğlu
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar