Xəbər lenti
Qubad İbadoğlu: “Seçkilərdəki gənc namizədlər gələcək müxalifətçilərdir”
“Hakimiyyətin seçimi ilə qarşılaşan, eləcə də ədalətsiz seçki prosesində iştirak edib təcrübə qazanan gənclərin əksəriyyəti seçki bitəndən sonra aktiv siyasətə qoşulub, mübarizəni seçidəki problemləri əvvəlcədən görən və bəyan edən, hakimiyyətə mandat alverinə getməyən ictimai-siyasi təşkilatların sıralarında davam etdirəcəklər”.
Manevr.az xəbər verir ki, bu fikirləri iqtisadçı alim Qubad İbadoğlu səsləndirib.
“Müstəqil gənclərin ilk dəfə namizəd və ya müşahidəçi olmasından asılı olmadan bələdiyyə və yaxud da parlament seçkisinə istənilən statusda qatılmasını alqışlayıram. Çünki, seçki siyası məsələdir, hakimiyyət də arzulamadan müstəqil gəncləri özü siyasətə çəkir və müstəqillərin müxalifətə transformasiyasını sürətləndirir. Belə gənclərin seçkidən hansı nəticələrlə çıxacağı indidən məlumdur. Heç şübhəsiz ki, müstəqil namizədləri öz dairələrində hakimiyyətin namizədinə "uduzduracaqlar".
Beləliklə də xalqın deyil, hakimiyyətin seçimi ilə qarşılaşan, eləcə də ədalətsiz seçki prosesində iştirak edib təcrübə qazanan gənclərin əksəriyyəti seçki bitəndən sonra aktiv siyasətə qoşulub, mübarizəni seçidəki problemləri əvvəlcədən görən və bəyan edən, hakimiyyətə mandat alverinə getməyən ictimai-siyasi təşkilatların sıralarında davam etdirəcəklər. İndiyə qədər müşahidəçi mövqeyində dayanan müstəqil gəncləri siyasətə qatmağın bundan yaxşı alternativi ola bilməz. Odur ki, onlara seçki prosesində yaxşı təcrübə qazanmaq üçün məhsuldar, seçkidən sonra isə siyasətdə davamlı fəaliyyət arzulayıram”.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar