Xəbər lenti
İlqar Məmmədov daha bir namizədin adını açıqladı - ŞƏKİL
REAL Partiyasının (Respublikaçı Alternativ) rəhbəri İlqar Məmmədov 9 fevralda Milli Məclisə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak edəcək daha bir namizədin adını açıqlayıb.
Manevr.az xəbər verir ki, partiya sədri bu barədə sosial şəbəkədə məlumat yayıb.
O qeyd edib ki, bu gün daha bir müstəqil namizəd REAL Cümhuriyyətçilər İttifaqına rəsmən qoşulub:
"Tanınmış vəkil, hüquq elmləri namizədi İradə Cavadova 25 saylı Nizami seçki dairəsində mübarizə aparacaq. İradə xanım həm vəkil kimi, həm də insan haqları müdafiəçisi kimi Azərbaycanda hamımızın bölüşdüyü dəyərlərin qorunması üçün indiyə qədər çox qiymətli işlər görmüşdür. Ümumi dəyərlərimizi bölüşən bütün müstəqil yarış iştirakçılarını REAL Cümhuriyyətçilər İttifaqına dəvət edirik. Bu seçkidə demokratik qüvvələrə qarşı istifadə ediləcək ən güclü alət ənənəvi saxtalaşdırma deyil, səslərin parçalanmasıdır: nisbi səs çoxuğu qazanan namizəd yarışı udur. Uyğun hərəkət edək".
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar