Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Rusiyalı ekspert: "Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur"

Tarix: 12-12-2019 20:18     Baxış: 3222 A- / A+
Rusiyalı ekspert: "Ermənistan tərəfinin manipulyasiyaları danışıqlar prosesinə mane olur"

Ermənistan tərəfinin manipulyasiyaları Dağlıq Qarabağ münaqişəsinin nizamlanması üzrə danışıqlar prosesinə mane olur.

Manevr.az bildirir ki, bunu trend-ə rusiyalı ekspert Vladimir Salyayev deyib.

O bildirib ki, Azərbaycan bu məsələdə ədalətli mövqeyini müdafiə edir.

Bratislavada Azərbaycan və Ermənistan XİN rəhbərlərinin və həmsədrlərin görüşünü şərh edən ekspert görüşün zəngin keçdiyini deyib:

"Təəssüf ki, erməni tərəfi əvvəllər olduğu kimi yerinə yetirilməyəcək şərtlər irəli sürdü və münaqişənin nizamlanmasına mərhələli yanaşmanı qəbul etmədi. Bu da onlar tərəfindən növbəti manipulyasiya cəhdlərini göstərir".

Ekspertin sözlərinə görə, Dağlıq Qarabağ münaqişəsinin həlli yolunda ilk addım münaqişənin əsas fəsadlarının aradan qaldırılması, yəni erməni qoşunlarının Dağlıq Qarabağdan və Azərbaycanın işğal olunmuş digər ərazilərindən dərhal, tam və qeyd-şərtsiz çıxarılması olmalıdır:

"Ermənistan ağır daxili siyasi vəziyyətlə əlaqədar konstruktiv yanaşmadan məhrumdur. Məsələni daha da ağırlaşdıran odur ki, Paşinyan danışıqlar prosesi ətrafındakı vəziyyətə tam sahib deyil".

O əlavə edib ki, N.Paşinyanın qarşısında daxili siyasi məsələlərlə bağlı tapşırıqlar da dayanıb:

"Ermənistan daxili problemlər içində çabalayır. Təcrübəsiz siyasətçi olan Paşinyanın rəhbərliyi altında populistlərin hakimiyyətə gəlməsi ilə vəziyyət dəyişmədi. Yeni rəhbərlik nə qədər çalışsa da, ölkənin inkişafı üçün rasional addımlar ata bilmir ki, bu da təsadüfi deyil. Çünki Dağlıq Qarabağ münaqişəsi həll olunmadıqca iqtisadi inkişaf modelləri barədə danışmaq mümkün deyil".

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar