Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

"Lalə Şövkət Hacıyeva mətbuatsız işləyir”

Tarix: 12-12-2019 15:15     Baxış: 4457 A- / A+
"Lalə Şövkət Hacıyeva mətbuatsız işləyir”

Azərbaycanın keçmiş dövlət katibi, Azərbaycan Liberal Partiyasının (ALP) lideri Lalə Şövkət Hacıyeva uzun müddətdir mediadan uzaq dayanır. Hər zaman açıq sözlü və dəmir ledi təsiri buraxan Lalə Şövkət xanım parlament seçkilərində iştirak edəcəkmi?

Manevr.az-ın məlumatına görə Lalə Şövkətin dostu, ALP sədri Əvəz Temirxan bizimyol.info-ya bildirib ki, Lalə Şövkət prinsipial olaraq müsahibə vermir. “O mətbuatsız işləyir. Çox xahiş ediblər məndən, ona çatdırmışam, lakin mediadan uzaq dayanır”
"Lalə Şövkət Hacıyeva mətbuatsız işləyir”

Əvəz Temirxan bildirib ki, Lalə Şövkət Hacıyeva 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirak etməyəcək.

Lalə Şövkət 1951-ci ildə noyabrın 7-də Bakıda ziyalı ailəsində anadan olub. 1968-ci ildə 189 saylı Bakı şəhər orta məktəbini bitirərək, Azərbaycan Tibb İnstitutuna daxil olub. İlk elmi əsərləri hələ tələbə olarkən dərc olunub. 1974-cü ildə institutu bitirdikdən sonra Moskvadakə Patris Lumumba adına Xalqlar Dostluğu Universitetinin cərrahiyyə kafedrasına internaturaya göndərilib.

25 yaşında cərrahiyyə üzrə namizədlik dissertasiyasını müdafiə edib. 37 yaşında səhiyyənin təşkili və idarə edilməsinə dair doktorluq dissertasiyasını müdafiə edərək, o zaman SSRİ-də bu sahədə ən gənc elmlər doktoru olub və Rusiya Elmi Tədqiqat Mərkəzinin Səhiyyə idarəsinin rəhbəri vəzifəsinə təyin edilib.

100-dən çox elmi əsərin müəllifidir. Professordur. 1980-ci illərin sonunda Qarabağ probleminin kəskinləşməsi Lalə Şövkətin ictimai-siyasi fəaliyyətini gücləndirib.1990-ci il yanvarın 20-də və 21-də Moskvada Azərbaycanın Daimi Nümayəndəliyində sovet ordusunun Bakı şəhərində mülkü əhaliyə qarşı tətbiq etdiyi hərbi təcavüz barədə həqiqətləri dünya ictimaiyyətinə çatdırmaq məqsədi ilə ilk mətbuat konfransının təşkilinə və keçirilməsinə rəhbərlik edib.

1993-cü ildə Azərbaycanın prezidenti vəzifəsini icra edən H.Əliyev tərəfindən Bakıya dəvət olunan Lalə Şövkət iyulun 7-də dövlət katibi vəzifəsinə təyin edilib. 1994-cü ilin yanvarında istefa verib və ilk dəfə Azərbaycan tarixində ali dövlət vəzifəsindən könüllü istefa presedenti yaradıb. Dövlət katibi vəzifəsindən istefaya getdikdən sonra ona fövqəladə və səlahiyyətli səfir rütbəsi verilib və Azərbaycanın BMT-də daimi nümayəndəsi təyin edilib. Lakin bundan imtina edib.

1995-ci il iyunun 3-də Qarabağda (Bərdə şəhərində) təsis konfransı keçirilən Liberal Partiyanın sədri seçilib. 7 iyun 2003-cü ildə Azərbaycan Liberal Partiyasının qurultayında partiya sədrliyindən istefa verən Lalə Şövkət prezident seçkilərinə qurumun lideri kimi qatılıb.

2005-ci il parlament seçkilərinə Mili Birlik və Liberal Partiyasının lideri olaraq qatılan Lalə Şövkət öz dairəsində böyük qələbə qazanıb və onun mandatı rəsmən təsdiq edilib. Lakin seçki saxtakarlığına etiraz əlaməti olaraq Lalə Şövkət rəsmən millət vəkili mandatından imtina edib.

Lalə Şövkətin yeganə oğlu Sidqi Şövkət hazırda publisistika və politologiya ilə məşğuldur.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar