Sizin Reklam Burada
Xəbər lenti
22-09-2026
21-09-2026
BÜTÜN XƏBƏRLƏR

Daha bir partiya seçkilərlə bağlı qərar verdi

Tarix: 11-12-2019 15:51     Baxış: 2266 A- / A+
Daha bir partiya seçkilərlə bağlı qərar verdi

Bü gün Demokratik Azərbaycan Dünyası Partiyasının (DADP) İdarə Heyətinin növbəti iclası keçirlib.

Manevr.az xəbər verir ki, iclasda partiyanın 2020-ci il fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı haqqında məsələ müzakirə olunub.
DADP-nin sədri Əlisahib Hüseynov Prezident İlham Əliyevin həyata keçirdiyi islahatlar prosesini təhlil edib və bu islahatları dəstəkləməyin vacibliyini vurğulayıb. Partiya sədri həmçinin, növbədənkənar parlament seçkilərini zəruri edən səbəblər barədə danışıb və DADP-nin bu seçkilərdə fəal iştirak edəcəyini bildirib.
Müzakirələrin sonunda DADP İdarə Heyəti Azərbaycan Respublikasının Milli Məclisinə keçiriləcək növbədənkənar parlament seçkilərində iştirakı ilə bağlı qərar qəbul edib.
Qeyd edilib ki, DADP 25 seçki dairəsi üzrə namizəd irəli sürəcək. Partiya tərəfindən müvafiq dairələr üzrə deputatlığa namizədliyi irəli sürülən şəxslər haqqında yaxın günlərdə KİV-lərə əlavə məlumat veriləcək. DADP İdarə Heyətinin iclasında həmçinin, iqtidaryönlü partiyalarla birgə seçki blokunun yaradılmasının mümkünlüyü məsələsi də müzakirə edilib.

Manevr.az
Daha bir partiya seçkilərlə bağlı qərar verdi
Daha bir partiya seçkilərlə bağlı qərar verdi

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar