Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Kəmaləddin Heydərov Prezidentin tapşırıqlarına əməl etmir – Üç aydır…

Tarix: 02-12-2019 15:52     Baxış: 4342 A- / A+
Kəmaləddin Heydərov  Prezidentin tapşırıqlarına əməl etmir – Üç aydır…

Məlum olduğu kimi, Prezidentin tapşırığına əsasən, nazir və komitə sədrləri, eləcə də, dövlət qurumlarının digər vəzifəli şəxsləri mütəmadi olaraq vətəndaşlarla görüşüb onların problemlərini dinləyirlər.

Manevr.az xəbər verir ki, Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüş vaxtı təyin olunmağına baxmayaraq, nazir vətəndaşları qəbul etmir.

Cəlilabad, Neftçala və Şəmkir rayonlarının sakinlərindən unikal.org-a bildirilib ki, onlar Fövqəladə Hallar naziri Kəmaləddin Heydərovla görüşə getsə də, nazir gəlməyib.

Belə ki, 2019-cu ilin iyul-noyabr aylarında şəhər və rayonlarda vətəndaşların qəbulu cədvəlinə görə Kəmaləddin Heydərov iyulun 26-da Ağdamda (Quzanlı) vətəndaşları qəbul etməli idi. Ancaq nazirin görüşü 27 iyulda baş tutub.

K.Heydərovun əhali ilə sonuncu görüşü də elə o olub. Nazir və komitə sədrlərinin avqust ayında vətəndaşları qəbuletmə cədvəlində K.Heydərovun adı yoxdur. Lakin sözügedən rəsmi cədvələ görə, sentyabrın 27-də Cəlilabadda, oktyabrın 25-də Neftçalada, noyabrın 29-da Şəmkirdə görüş nəzərdə tutulsa da, K.Heydərov heç bir qəbulu həyata keçirməyib.

Belə çıxır ki, “fövqəlnazir” Prezidentin tapşırıqlarına əməl etməyərək, üç aydır ki, vətəndaşlarla görüşüb, onların problemlərini dinləmir.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar