Xəbər lenti
Azərbaycan və Ermənistan xalqları sülhə hazırlayır
"Kommersant" jurnalistlərin səfərindən yazdı
Azərbaycan və Ermənistan xalqları sülhə hazırlayır. Rusiyanın "Kommersant" qəzeti iki ölkə arasında junalistlərin səfərini belə şərh edib. Jurnalistlərin belə səfəri daha öncə də olub. Bundan başqa onlar Tiflisdə və başqa şəhərlərdə də də bir araya gəliblər. Ancaq bir-birinin ölkəsində son illərdə olmamışdılar.
Jurnalistlərin səfərini ATƏT-dəki ABŞ missiyası alqışlayıb. Bəyanatda deyilir ki, belə addımlar xalqları sülhə hazırlayır və iki ölkə arasında gərginliyi azaldır.
Rusiya mətbuatı yazır ki, konkret addımlar haqqında razılaşma XİN başçılarının danışıqları, görüşü zamanı əldə edilib. Onların müntəzəm görüşləri, burada ATƏT in iştirakı jurnalistlərin qarşılıqlı səfəri üçün yaxşı zəmin olub.
Əlavə edək ki, səfərlər haqqında heç bir məlumat verilməyib. Bu sirr kimi saxlanılıb. Ermənistan XİN proqram başa çatana kimi məsəsləyə heç bir reaksiya verməyib.
Qeyd edək ki, ATƏT-in Fəaliyyətdə olan Sədrinin şəxsi nümayəndəsinin ofisinin təşkilati dəstəyi ilə Azərbaycan və Ermənistan tərəfindən bu ilin 17-21 noyabr tarixlərində iki ölkənin KİV nümayəndələrinin səfər mübadiləsi təşkil olunub.
Ermənistandan Bakıya “Şant” TV-nin icmalçısı Artyom Yerekyan, “Mediamaks” İA-nın baş redaktoru David Alaverdiyan, və separatçı rejimin “İTV”-nın əməkdaşı Edqar Elbakyan gəlib.
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar