Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Gülər Əhmədovadan xalq artistinin atmacasına CAVAB

Tarix: 22-11-2019 19:23     Baxış: 3286 A- / A+
Gülər Əhmədovadan xalq artistinin atmacasına CAVAB

Xalq artisti Faiq Ağayev bir neçə gün öncə İTV-də yayımlanan "3D" verlişinin qonağı olub.

Manevr.az xəbər verir ki, aparıcı Dadaş Dadaşlinskinin suallarını cavablandıran F.Ağayev eks-deputat Gülər Əhmədovanı tənqid edib. Deyib ki, Gülər xanımı bir deputat kimi təsəvvür edə bilmirmiş.

Gülər Əhmədova məsələ ilə bağlı modern.az-ın əməkdaşına açıqlama verib.

Eks deputat deyib ki, söylənilənlər Xalq artistinin şəxsi fikridir:

“Nə deyə bilərəm ki, məni bir deputat kimi görmək istəməyibsə, Allah canın sağ eləsin. İndi Faiq Ağayev öz fikrini bildirib, mənim haqqımda belə düşünür. Siz gedin Yasamalda sorğu keçirin, bəlkə haqqımda yaxşı danışanlar da oldu. O məni xoşlamayıb belə danışırsa, yenə də fikrinə hörmətlə yanaşıram. Mən Faiq Ağayevə deyə bilmərəm ki, belə düşünmə, özü bilər. Bir insanı hər kəs sevə bilməz ki, təbii, sevməyənləri də olur. Düşünürəm ki, nə deyirsə, əcəb edib deyir. Ürəyi nə istəyir, qoy, danışsın. Onsuz da kim nə olsa danışır, qoy, bu da o danışanlardan olsun”.

Qeyd edək ki, aparıcı Dadaş Dadaşlinskinin "Sizin ərazidə millət vəkili kimdir" sualına Faiq Ağayev bu cür cavab verib:

"Bir neçə il məlum bir fiqur oldu. Onu deputat görmədiyim üçün seçkiyə getmirdim. Mənə elə gəldi ki, şəxsi etirazımı belə həyata keçirsəm, daha doğru olar. Çünki namizədin kim olduğunu bilirdim".

Faiq Ağayevin yaşadığı ərazinin - 34 saylı Xətai II dairəsinni vaxtilə Milli Məclisdə Gülər Əhmədova təmsil edib.modern.az

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar