Sizin Reklam Burada
Xəbər lenti
19-09-2025
18-09-2025
BÜTÜN XƏBƏRLƏR

İran prezidenti Ermənistana gedir

Tarix: 18-12-2016 16:42     Baxış: 4588 A- / A+
İran prezidenti Ermənistana gedir
İran prezidenti Həsən Ruhani Ermənistan, Qazaxıstan və Qırğızıstana səfər edir.

İran Prezident Administrasiyasının mətbuat xidmətinin rəhbəri Pərviz İsmaili deyib ki, H.Ruhani region və qonşu ölkələrlə əlaqələrin dərinləşməsi və gücləndirilməsi məqsədi ilə dekabrın 21-də Ermənistana səfər edəcək.

P.İsmaili deyib ki, bir günlük səfər zamanı H.Ruhani ermənistanlı həmkarı ilə görüşəcək və ikitərəfli əlaqələrin inkişafına dair danışıqlar aparacaq. Eləcədə səfər çərçivəsində iki ölkə arasında bir neçə əməkdaşlıq sənədi imzalanacaq. İki ölkənin iş adamlarının iştirakı ilə biznes forum keçiriləcək.

P.İsmaili bildirib ki, H.Ruhani Ermənistandan sonra Qazaxıstana səfər edəcək. Qazaxıstanda da bir günlük səfər çərçivəsində iki ölkənin prezidentləri görüşəcək və bir neçə əməkdaşlıq sənədi imzalanacaq. Iki ölkə prezidentlərinin birgə mətbuat konfransı keçiriləcək. Dekabrın 22-də axşam isə H.Ruhani Qazaxıstandan Qırğızıstana səfər edəcək. Qırğızıstan və İran iqtisadi fəallarının iştirakı ilə birgə forum keçiriləcək, iki ölkə arasında müxtəlif sahələrdə əməkdaşlıq üçün bir neçə sənəd imzalanacaq.

Səfərdə prezident H.Ruhanini bir neçə nazir və İranın özəl sektorunda çalışan şirkət rəhbərləri müşayiət edəcək.

H.Ruhaninin region ölkələrinə səfəri dekabrın 23-də başa çatacaq.apa

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2025    »
BeÇaÇCaCŞB
1234567
891011121314
15161718192021
22232425262728
2930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar