Sizin Reklam Burada
Xəbər lenti
24-02-2025
23-02-2025
22-02-2025
BÜTÜN XƏBƏRLƏR

Azərbaycanın millət vəkilləri Bolqarıstanda erməni təxribatının qarşısını alıblar

Tarix: 21-11-2019 08:26     Baxış: 3278 A- / A+
Azərbaycanın millət vəkilləri Bolqarıstanda erməni təxribatının qarşısını alıblar

Dünən Bolqarıstanın paytaxtı Sofiya şəhərində keçirilən Qara Dəniz İqtisadi Əməkdaşlıq Təşkilatının Baş Assambleyasının plenar iclasında Azərbaycan və Ermənistan deputatları arasında ciddi mübahisə düşüb.

Bu barədə Milli Məclisin deputatı Aydın Mirzəzadə məlumat verib. O bildirib ki, Ermənistandan olan bir deputat çıxışında “Arsax”da “demokratik seçki keçirildiyini” elan edib.

“Mən onun çıxışından sonra təcili söz alaraq beynəlxalq tədbir sədarətindən Ermənistan deputatının siyasi provokasiyasının qarşının alınmasını tələb etdim. Bildirdim ki, heç bir “Arsax” yoxdur, Ermənistan tərəfindən işğal edilmiş Azərbaycan əraziləri var, bu ərazidə yaradılmış Ermənistan işğalçı rejimi var. Bu ərazilərdə qeyri-qanuni olaraq Ermənistan hərbi qüvvələri var. Ermənistan rəsmiləri vaxtaşırı işğal edilmiş ərazilərə gələrək beynəlxalq hüquq normalarını kobud surətdə pozurlar. Ermənistan daima beynəlxalq ictimaiyyəti aldatmaq siyasəti yeridir”, - deyə A.Mirzəzadə bildirib.

Deputat eyni zamanda qeyd edib ki, Azərbaycan öz torpaqlarının işğalına dözməyəcək, diplomatik və ya hərbi yolla torpaqlarımızı mütləq azad edəcəyik.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Fevral 2025    »
BeÇaÇCaCŞB
 12
3456789
10111213141516
17181920212223
2425262728 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar