Sizin Reklam Burada
Xəbər lenti
25-08-2025
24-08-2025
BÜTÜN XƏBƏRLƏR

Yeri dəyişdilirən icra başçıları haqda DOSYE

Tarix: 20-11-2019 15:37     Baxış: 3338 A- / A+
 Yeri dəyişdilirən icra başçıları haqda DOSYE

Prezident İlham Əliyev Masallı və Ağcəbədi icra hakimiyyətləri başçılarının yerini dəyişib. Masallının icra başçısı Rafil Hüseynov Ağcəbədiyə, bu rayonun icra başçısı Şahin Məmmədov isə Masallıya rəhbər göndərilib.

Manevr.az xəbər verir ki, 66 yaşlı Rafil Hüseynov Bərdə rayonunun Gülgəzli kəndində anadan olub. 1976-cı ildə Azərbaycan Dövlət Universitetinin “Jurnalistika” fakultəsini, 1980-ci ildə Ümumittifaq Lenin Kommunist Gənclər İttifaqı (ÜİLKGİ) Mərkəzi Komitəsinin (MK) yanında Azərbaycan Komsomol Məktəbini (AKM), 1989-cu ildə isə Azərbaycan Kənd Təsərrüfatı İnstitutunun “Kənd təsərrüfatı istehsalının iqtisadiyyatı” fakultəsini bitirib.

Rafil Hüseynov 1969-cu ildən 2012-ci ilə qədər müxtəlif vəzifələrdə çalışıb. 2012-ci ildə Masallının icra başçısı təyin edilib.

Şahin Məmmədov isə 1959-cü ildə Bərdə şəhərində anadan olub. 1965-1975-ci illərdə Bərdə şəhər 3 saylı orta məktəbdə oxuyub. Əmək fəaliyyətinə 1975-ci ildən başlayıb, 1977-1979-cu illərdə həqiqi hərbi xidmətdə olub. 1975-1983-cü illərdə «Azelektromontaj» idarəsi və Bərdə Elektrik şəbəkəsində müxtəlif vəzifələrdə işləyib. 1985-ci ildə Azərbaycan Xalq Təsərrüfatı İnstitutunun Uçot-iqtisad fakültəsini bitirib.

Ölkə başçısının 17 aprel 2004- cü il tarixli sərancamı ilə Samux Rayon İcra Hakimiyyətinin başcısı, 26 dekabr 2005-ci tarixli sərancamı ilə isə Ağcabədi Rayon İcra Hakimiyyətinin başçısı vəzifəsinə təyin edilib.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Avqust 2025    »
BeÇaÇCaCŞB
 123
45678910
11121314151617
18192021222324
25262728293031
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar