Sizin Reklam Burada
Xəbər lenti
28-09-2026
27-09-2026
BÜTÜN XƏBƏRLƏR

ABŞ səfiri: "Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir"

Tarix: 19-11-2019 21:08     Baxış: 2264 A- / A+
ABŞ səfiri: "Qarabağ münaqişəsinin həlli bizim üçün də mühüm məsələdir"


ABŞ Dağlıq Qarabağ münaqişəsinin həllində son dərəcə maraqlıdır.


Bu barədə "Facebook” istifadəçilərinin suallarına canlı yayımda cavab verən ABŞ-ın Azərbaycandakı səfiri Örl Litzenberqer bildirib.

O, "Dağlıq Qarabağ məsələsinə dair ABŞ ədalətli mövqe tutursa, onda niyə Ermənistana qarşı nəinki sanksiya tətbiq etmir, hətta işğalçı ölkəyə maliyyə yardımı göstərir?” sualına belə cavab verib: "Sizi inandırım ki, Dağlıq Qarabağ münaqişəsinin həlli ABŞ üçün də mühüm əhəmiyyət daşıyır. Həmçinin bu məsələni keçirdiyim hər görüşdə müzakirə edirəm. ABŞ ATƏT-in Minsk qrupunun həmsədridir və bu baxımdan hər iki tərəflə əməkdaşlıq edir, münaqişənin dinc yolla həlli yollarını axtarmaq öhdəliyinə sadiq olduğunu göstərir. Atdığımız addımlar Helsinki Yekun Aktı çərçivəsindədir".

"Bir daha ABŞ-ın Dağlıq Qarabağ münaqişəsinin həllində maraqlı olduğunu vurğulamaq istərdim. Əslində sanksiya tətbiq etməkdənsə, tərəflər arasında təmasların qurulması üçün və son nəticədə münaqişənin həllinə nail olmaq üçün hər iki tərəflə çalışmağı üstün tuturuq”, - səfir bildirib/Report.

Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    Sentyabr 2026    »
BeÇaÇCaCŞB
 123456
78910111213
14151617181920
21222324252627
282930 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar