Sizin Reklam Burada
Xəbər lenti
03-05-2024
02-05-2024
BÜTÜN XƏBƏRLƏR

Kişi müəllimlərin sayı buna görə azalır - Millət vəkili

Tarix: 19-11-2019 18:48     Baxış: 31 478 A- / A+
Kişi müəllimlərin sayı buna görə azalır - Millət vəkili

Məktəblərdə ciddi narahatlıq doğuran problemlərdən biri də kişi müəllimlərin sayının getdikcə azalmasıdır.

Manevr.az xəbər verir ki, bunu millət vəkili Qənirə Paşayeva Milli Məclisdə çıxışı zamanı deyib. Deputat bunun maddi-sosial səbəblərdən qaynaqlandığını bildirib.

Millət vəkili həmçinin müvafiq qurumları orta məktəb müəllimlərinin güzəştli ipoteka şərtlərindən yararlanması üçün müəyyən tədbirlər görməyə səsləyib:

“Bu gün müəllimlərimizin ən böyük problemlərindən biri mənzillə bağlıdır. Təklif edirəm ki, orta məktəb müəllimləri də güzəştli ipotekadan yararlanan qrupa aid edilsin və bu məsələyə qısa zamanda baxılsın”.

Q.Paşayeva Tovuzun bəzi kəndlərinin təbii qaz problemindən də danışaraq boru xətlərinin dövlət vəsaiti hesabına çəkilməsini xahiş edib:

“Kəndlərdə müstəqillik dövründə yeni evlər tikilib, yeni məhəllələr yaranıb, amma onlara boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir və əhalidən bu boruların öz vəsaitləri hesabına çəkilməsi tələb olunur. Bəzi kəndlərimizdə evlərin 70-80 faizi təbii qazla təmin olunsa da, 20-30 faiz yeni evlərə boru xətti çəkilmədiyi üçün təbii qaz verilmir. Yeni evlərdə yaşayan insanlarımız məhəllələrinə, küçələrinə qaz borusunun çəkilməsini həyata keçirə bilmirlər, buna kəndlərdə əksər insanın maddi gücü çatmır”.

Millət vəkili Sumqayıt şəhərindən, Masazır, Saray və Abşeronun bəzi kəndlərindən Bakıya gələn əsas yolda səhər və axşam saatlarında yaranan dəhşətli tıxacların həll olunması üçün müvafiq qurumlara çağırış edib.


Manevr.az

Xəbəri paylaş







Adınız:*
E-Mail:
Şərhiniz:
  • winksmile
    laughing
    angry
Kodu yazın: *
yenilə, əgər kod görünmürsə



Çox oxunanlar




Son yüklənənlər


Axtarış

Reklam

İqtisadiyyat
Media
Ədəbiyyat
İdman
Kriminal
Şou-biznes
Elan
Yazarlar
Təqvim

«    May 2024    »
BeÇaÇCaCŞB
 12345
6789101112
13141516171819
20212223242526
2728293031 
Sorğu


Portalımızı dəyərləndirin.



Çox oxunanlar