Xəbər lenti
Ermənistanda təşviş: “Azərbaycan əməliyyatlara başlaya, qarşımıza sənəd qoyula bilər”
Ermənistanın yeni hakimiyyətinin ziddiyyətli açıqlamaları ilə Qarabağla bağlı danışıqlar prosesi dalana dirənib.
Manevr.az xəbər verir ki, bunu Ermənistanın keçmiş Milli Təhlükəsizlik naziri David Şahnazaryan deyib.
O bildirib ki, bu gün beynəlxalq ictimaiyyət Azərbaycanla eyni, Ermənistanla isə fərqli mövqedən çıxış edir.
“Bunu iki dəfə Rusiyanın Xarici İşlər naziri Sergey Lavrov da deyib”, - deyə D.Şahnazaryan əlavə edib.
Keçmiş nazir söyləyib ki, mövcud vəziyyət Ermənistan üçün təhdiddir. D.Şahnazaryan Azərbaycanın hərbi əməliyyatlar keçirəcəyindən də narahatlığını gizlətməyib.
“Azərbaycanın gələcək hərbi əməliyyatları əsaslandırması üçün artıq ciddi arqumentlər əldə edib. Bütün bunlar ona gətirib çıxara bilər ki, hər hansı beynəlxalq tədbirdə danışıqlar masasında bizim üçün qəbuledilməz sənəd qoyula bilər. Yaxın zamanlarda Bratislavada belə bir cəhdin reallaşdırılması mümkündür”.
Qeyd edək ki, bu ilin dekabrın əvvəlində Bratislavada Azərbaycan və Ermənistan Xarici İşlər nazirlərinin görüşü gözlənilir.oxu.az
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar