Xəbər lenti
Rusiya Azərbaycanın notasına cavab verdi
Rusiya Xarici İşlər Nazirliyi (XİN) Azərbaycanın Ermənistan tərəfindən işğal olunmuş Dağlıq Qarabağ bölgəsində yaradılmış qanunsuz rejimin “təmsilçiləri” Masis Mayilyan və Lernik Hovhannisyanın Rusiyaya səfər etməsi haqda Azərbaycanın etiraz notası ilə bağlı bəyanat yayıb.
Rusiya XİN-in saytında yerləşdirilən bəyanatda bildirilib ki, adı çəkilən şəxslərin səfərləri həyata keçirilsə belə, istisnasız olaraq şəxsi xarakter daşıyıb.
“Bu mənada bu səfər Rusiya qanunvericiliyinə, mövcud beynəlxalq razılaşmalara, nə də ki, Rusiyanın Dağlıq Qarabağ münaqişəsindəki vasitəçilik missiyasına zidd deyil. Rusiya Federasiyasının rəsmi şəxsləri ilə heç bir görüş keçirilməyib. O ki, qaldı Mailyan və Ovannisyanın rusiyalı ekspertlərlə “Artsaxın Rusiyadakı daimi nümayəndəliyi”ndə hansısa təmaslarına, bir daha qeyd edirik ki, belə "nümayəndəlik” Rusiya federasiyasının dövlət orqanlarında suveren dövlətin diplomatik missiyası qismində qeydiyyatdan keçməyib. Ona görə ki, ölkəmiz “Dağlıq Qarabağ Respublikası”nı tanımır”, - deyə bəyanata qeyd olunub.
Bəyanatda Rusiya tərəfinə olan etirazların əsasının olmadığı, ümumi tonun isə Rusiya-Azərbaycan münasibətlərinin səviyyəsinə uyğun olmadığı vurğulanıb.
Qeyd olunub ki, “Öz tərəfimizdən bundan sonra da Dağlıq Qarabağ münaqişəsinin nizamlanmasına ATƏT-in Minsk qrupunun həmsədrliyinin tərkibində olduğu kimi, həm də Azərbaycan və Ermənistanla münasibətlərimiz nəzərə alınmaqla milli baxımdan yardım edəcəyik”.apa
Manevr.az
Xəbəri paylaş
Çox oxunanlar
Son yüklənənlər
Axtarış
Reklam
İqtisadiyyat
Ədəbiyyat
Yazarlar
Fərasət Babazadə
İttifaq MİRZƏBƏYLİ
Emil Rasimoğlu
Sevinc QƏRİB
KƏRAMƏT
KƏRAMƏT
Sorğu
Portalımızı dəyərləndirin.
Çox oxunanlar